5 may 2023-cü il tarixindən etibarən Yuxarı Lars keçid məntəqəsindəki məhdudiyyətlərlə bağlı məlum olanları sizə xəbər veririk.
Elchi.az xəbər verir ki, Gürcüstan 2023-cü il mayın 5-dən Rusiya ilə sərhəddə təmir işləri ilə əlaqədar Yuxarı Lars keçid məntəqəsində avtomobillərə məhdudiyyətlər tətbiq edir, avtomobillərin giriş-çıxışı dayandırılır. Bu, yeni girişin tikintisi ilə əlaqədardır və məhdudiyyət bir ay müddətində qüvvədə olacaq. Bu barədə Gürcüstan Gəlirlər Xidmətinin məlumatında bildirilir.
Müvəqqəti olaraq bütün avtomobil axını yük maşınları üçün çıxışlara yönləndiriləcək, lakin nəqliyyatın hərəkətində ləngimə istisna edilmir.
İnsanların sərhəddən keçməsinin heç bir şəkildə dəyişməyəcəyi və adi qaydada həyata keçiriləcəyi qeyd edilir.
“Kazbegi – Yuxarı Lars” gömrük-keçid məntəqəsi bu gün Rusiya və Gürcüstan sərhədində fəaliyyət göstərən yeganə keçid məntəqəsi olaraq qalır.
Şayəstə Hüseynova