Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsi ərazisində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Faktla əlaqədar uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.





















