"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Gürcü oliqarx Azərbaycanın iri neft yatağına görə məhkəməni uduzdu

23 Fevral 2015 - 13:43
in GÜNDƏM
FacebookVatsap

Gürcü oliqarx Azərbaycanın iri neft yatağına görə məhkəməni uduzduLondon Yüksək Məhkəməsi gürcü diplomat və oliqarx Zaur Leşkaşelinin Azərbaycanın iri neft yatağına görə  “Credit Suisse” bankına qarşı qaldırdığı 700 milyon dollarlıq iddianı təmin etməyib.

Virtualaz.org saytı İsveçrə mənbələrinə istinadən xəbər verir ki, hakim Piter Smit Leşkaşelinin “Rosserlane Consultants Ltd” şirkətinin banka qarşı qaldırdığı iddianı rədd edərkən bunu biznesmenin bankın hərəkətindən ziyana düşdüyünə dair tutarlı dəlillərin olmaması ilə əsaslandırıb.

Bunu da oxuyun

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNİB

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı qalan Z.Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.

Zaur Leşkaşeli iddiasında göstərib ki, bank Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satıb.

“Mən bankın hərəkətlərində çatışmazlıqlar tapsam da fikrimcə, onların heç biri biznesmenin zərərə düşməsinə gətirib çıxarmayıb”– deyə hakim Piter Smit bildirib.

“Credit Suisse” hakimin qərarını alqışlayıb və bu məhkəmə çəkişməsini udduğunu elan edib. Lakin məhkəmənin biznesmenin əleyhinə qərar çıxarmasında “Credit Sussie”nin keçmiş əməkdaşı, Z.Leşkaşelinin Azərbaycanın neft yatağındakı payının satılmasına dair danışıqları aparamış Piter Ferminin şahid qismində ifadə verməkdən yayınması da təsir edib.

Hakim Piter Smit onun hərəkətini tənqid edərək deyib ki, P.Fermin şahidlik etməkdən yayınıb. Z.Leşkaşelinin şirkəti bildirib ki, hakimin qərarından şikayət verəcək.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. Özünün dediyinə görə, o vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Qazprom”, habelə “PetroVietnam” və hindistanlı polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən “Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasında investisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki, bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank öz kreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” – deyə 58 yaşlı Z.Leşkaşeli ötən il Londondan “Businessweek”ə açıqlamasında bildirmişdi.

“Credit Suisse” isə iddianı rədd edib və məhkəməyə təqdim etdiyi ifadədə bildirib ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışından əvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

Z.Leşkaşeli bildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın “RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536 milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərin bazar dəyəri 966 milyon dollara çatıb.

“Credit Suisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankda investisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub. 2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyon dollar borc verib.

Sövdələşməyə görə, bu kredit Z.Leşkaşelinin Azərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabına bağlanmalı idi.

Biznesmenin iddiasına görə, bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnam şirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyon dollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəl qoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “Credit Suisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyon dollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki, “Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdən qaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyard dollardan çox qiymət qoyulubmuş.

Z.Leşkaşeli məhkəmə sənədlərində bildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və Şərqi Avropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlət mülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətinin satışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxa bilib. İlk prosesdə Z.Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklif daxil olmayıb.

Daha sonra “Credit Suisse”dən digər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəli təklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlı digər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyon dollar təklif etməyə hazır olduğu deyilir.

Xəbərdə bildirilir ki, P.Firman və “Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər. Biznesmenin dediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyə hazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinci turunda Z.Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turda isə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sonda gürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245 milyon dollara satılıb. Bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCM Global Energy Plc” şirkətinə icraçı direktor  gedib.

Z.Leşkaşeli deyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçün sövdələşdiyini göstərir. Biznesmen İsveçrə bankından 700 milyon tələb edirdi. Bank isə bu iddianı qəbul etməyib və biznesmenə qarşı cavab iddiası qaldırmışdı.

Previous Post

Gürcü oliqarx Azərbaycanın iri neft yatağına görə məhkəməni uduzdu

Next Post

Cəmil Həsənlinin qızı ilə bağlı qərara Apellyasiya Məhkəməsində baxılacaq

Bənzər yazılar

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub  YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNİB

31 Avqust 2026 - 17:21

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Elchi.az...

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

Next Post

Cəmil Həsənlinin qızı ilə bağlı qərara Apellyasiya Məhkəməsində baxılacaq

Cəmil Həsənlinin qızı ilə bağlı qərara Apellyasiya Məhkəməsində baxılacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

01 Sentyabr 2026 - 17:59
Bakıda avtomobil yandı

Bakıda avtomobil yandı

01 Sentyabr 2026 - 17:47
Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

01 Sentyabr 2026 - 17:38
Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

01 Sentyabr 2026 - 17:18
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

01 Sentyabr 2026 - 17:13
Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

01 Sentyabr 2026 - 17:10
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03
Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

Pezeşkiyan: “Birqütblü dünyaya qarşı mübarizədə Rusiyanı dəstəkləyirik”

01 Sentyabr 2026 - 16:58
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

01 Sentyabr 2026 - 16:45
Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

Akif Quluzadə Banqkokda növbəti görüşünə çıxacaq

01 Sentyabr 2026 - 16:37
Norveç kralı VIII Hokon and içib

Norveç kralı VIII Hokon and içib

01 Sentyabr 2026 - 16:25
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

01 Sentyabr 2026 - 16:18
Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

01 Sentyabr 2026 - 15:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.