Günün fotosu - müəmmalı əsir

🗓 07.08.2014 20:30 ✍️ "Elçi" qəzeti
Şəkildə gördüyünüz şəxs ermənidir. Dəqiq olan yalnız budur. Bir də adamınimg1614920 soyadı dəqiqdir - Petrosyan. Adı iki variantda yazılır: Artuş, Arduş... Arada Karen də dedilər.
Erməninin təvəllüdü çox variantlıdır - 1969-dan 1989-a qədər. 45 yaşlıya da oxşamır, 25 yaşlıya da. Ortada bir şeydir.
Petrosyanı kimin tutduğu üç qat müəmmalıdır. Müdafiə Nazirliyinin adamları deyir, biz tutmuşuq. Diversiya qrupu Tovuza keçmək istəyirmiş. Hərbçilər bunları yaxına buraxıblar, qırılan qırılıb, qaçan qaçıb, Petrosyan isə diri tutulub.
Tovuz sakini Quliyev Röyal İsmixan oğlu deyir ki, ermənini o, təkər açarı ilə qorxudub tutub. Petrosyan gəlib onun anasından çay istəyirmiş.
Daha bir məlumat ondan ibarətdir ki, erməni Dalenin subay oğlunu Məmmədov Paşa adlı bir tovuzlu tutub, daha sonra hərbçilərə təhvil verib.
Demək, "biz tutmuşuq" deyən üç tərəfdən ikisi yalan danışır.
Adamın hərbi diversant və ya mülki şəxs olması da dəqiq deyil. Üstündə silah, partladıcı maddə, hətta siqaret də olmayıb.
Eyni zamanda maraqlıdır, ilin-günün bu vaxtında mülki şəxsin Ağbulaqda nə işi var?
Bəlkə bu, yazıçı Ələkbərin "Artuş və Zaur" əsərindəki ermənidir, Zauru görməyə gəlibmiş? (Bu da məsələnin zarafat tərəfi).
N.Asifli
 

Bənzər yazılar