Güney Azərbaycanda 1945-ci ildə qurulan Azərbaycan Milli Hökumətinin ildönümü ilə bağlı aksiyalar keçirilib.
Elchi.az xəbər verir ki, aksiyalar Təbriz daxil olmaqla, Güney Azərbaycanın bir sıra şəhərlərində baş tutub.
Şəhər məhəllələrinin divarlarına “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb, “Bir kərə qalxan bayraq, min il sonra da enməz” məzmunlu bannerlər asılıb.
Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Bir il sonra isə Milli Hökumət qan içində boğulub.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər