İranın Zahidan, Şiraz və Taybad şəhərlərində 3 məhkum edam edilib.
Elchi.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, narkotik maddələrin alverində ittiham olunan Vahid və İsa Naruyi adlı iki bəluc dekabrın 12-də Zahidan və Şiraz şəhərlərinin həbsxanalarında edam olunublar.
Qəsdən adam öldürməkdə günahlandırılan Həsən Qasımzadə adlı məhkum isə Taybad şəhərinin həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, İranda edamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artıb. Ölkə edamlarn sayında dünyada ilk pillədə qərarlaşıb.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər