"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Günah şadlıq evlərinin sahiblərindədi”

11 Sentyabr 2014 - 02:02
in CƏMİYYƏT
FacebookVatsap

Dünyamalı İmaməliyev: “Toylardan sonra arterial təzyiqin yüksəlməsi, baş ağrıları və dunyamali hekimmədə-bağırsaq pozğunluğu şikayətləri artır”

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ideoloji və təbliğat məsələləri üzrə katibi Dünyamalı İmaməliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Bu gün dünya mətbuatı məlum “Minsk protokolu”nu Ukraynanın kapitulyasiyası kimi şərh edir. Azərbaycanda isə bunu “Bişkek protokolu” ilə eyniləşdirirlər və belə şərh olunur ki, Kreml bir vaxt Bakı üçün qurduğu məkrli oyunu indi də Kiyevə tətbiq eləmək istəyir. Ukraynanın Putinin sülh planını qəbul etməsi postsovet məkanında Rusiyanın Qərb üzərində daha bir geosiyasi uğurunu rəsmiləşdirəcək. Eyni zamanda bildirilir ki, Azərbaycan üçün də yeni fəsadlar doğuracaq bu plan Qarabağ probleminin ədalətli həllini bir az da qəlizə sala bilər.
– Sualınıza cavab vermək üçün ilk olaraq Ukrayna hadisələrinə – keçmişə ekskursiya edək. Ukraynada Maydan hadisələri başladıqda Qərbin və Avropa ölkələrinin ilk günlərdəki mövqeyi və hansı liderlərlə prosesə müdaxiləsi artıq siyasi daairələrdə geniş diskussiya doğurmuşdu. Doğrudan da Qərbin və Avropanın etimad göstərdiyi siyasi liderlərin öz fikirləri ilə deyil, ancaq onlara təqdim olunmuş ssenarinin aktyorları olduğu özünü tez biruzə verdi. Rusiya isə deyərdim ki, Maydan hadisələrindən çox məharətlə yararlandı. Hətta onların kəskin ektremist çıxışları daha çox Rusiyanın işinə yaradı. Həmin o millətçi çıxışların hesabına Rusiya Şərqi Ukrayna və Krım əhalisinin ümid yerinə çevrildi. Əhalisinin proseslərə əhəmiyyətli təsir edə bilən hissəsinin və ölkə iqtisadiyyatında əhəmiyyətli payı olan regionun istinad yeri olmağı bacardı. Əlli milyondan çox əhalisi olan bir ölkə heç bir müqavimətsiz Krım kimi strateji bir ərazini Rusiyaya peşkəş etdi. ABŞ və Avropa Birliyi Ukraynanı aldatdılar. Liderlərinin qətiyyətsizliyi Ukraynanı indiki duruma gətirdi. Baxın, bu ölkələr Budapeşt sammitində Ukraynaya vəd verirdilər ki, “nüvə başlıqlarını təhvil ver, biz sənin hərtərəfli qarantın olaq”. Amma müharibə başlayır, Krım ilhaq olunur, Şərqi Ukraynada qan su yerinə axır, həmin qarant dövlətlər bəyanat verir və Rusiyanin iki-üç nəfər olmaqla aşağı ranqlı məmuruna sanksiya tətbiq edir. ABŞ prezidenti Barak Obama da açıq şəkildə bildirir ki, Ukraynaya hərbi yardımdan söhbət gedə bilməz. Etdikləri yardım isə geyim lavazimatları olur. Putin özünün hərbiçi xarakteri ilə bunların zəifliyindən həmən istifadə etdi və Ukraynanın şərqində qüvvələri nizamlı halda
gücləndirdi və üstünlüyü ələ aldı. Eynilə bizdəki kimi rəsmi Kiyevi atəşkəsə məcbur etdi və Ukrayna üçün növbəti bir “Qarabağ” problemini yaratdı.
O ki, qaldı bu proseslərin Dağlıq Qarabağ probleminə təsirinə, biz dəfələrlə bəyan etmişik ki, Qarabağ probleminin həlli birbaşa Rusiya ilə dil tapıb anlaşmaqdan keçir. Rusiya politoloqlarının özləri etiraf edirlər ki, Azərbaycan və Ermənistan arasındakı atəşkəsin davam etməsi Rusiyanın xidmətidir. Deməli, Rusiya özü etiraf edir ki, o, münaqişədə həlledici söz sahibidir.

– BAXCP sədri, millət vakili Qüdrət Həsənquliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağ problemini həll etmək istəyiriksə, Rusiya ilə danışıqlar aparmalıyıq. Və bunun yollarını da göstərib. Ancaq bəziləri Qüdrət bəyin bu çağırışını başqa istiqamətə yönəltmək istədilər. Ukraynada baş verən proseslər BAXCP sədrinin haqlı olduğunun göstəricisi sayıla bilərmi?

– Birinci sualınızın cavabında da bildirdim ki, bu münaqişədə Rusiya prosesə təsir edə bilən və onu hər zaman nizamlaya biləcək yeganə qüvvədir. Buna görə də partiyamızın lideri Qüdrət Həsənquliyev dəfələrlə bildirib ki, gəlin işğalçının özü ilə bir masa ətrafında danışıqlar aparaq və münaqişənin nizamlanması üçün onunla razılığa gələk. Ancaq o dediyiniz bəziləri Rusiyanı işğalda tərəf kimi tanımağa cəsarət etmirlər. Bir il öncə isə Milli Şura yaradılarkən Putinə şanlı məktub yazdılar, ondan imdad dilədilər, ölkənin siyasi kursunun dəyişdirilməsi üçün referendum keçirəcəklərini vəd elədilər. Bu gün də qəzetlərində Putini kimlərlə müqayisə etmirlər… Bunlar ləyaqət və səmimiyyətini itirmiş siyasi marionetkalardır. Bunlar hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa gedərlər. Onlar üçün millət və dövlət məvhumu sadəcə bir vasitədir.
– Son günlər yas və toy mərasimlərində israfçılıqla bağlı narazılıqlar öz nəticəsini verməyə başlayıb. Artıq yas mərasimlərində dəbdəbəli yemək verilməsinə qadağa qoyulub. Toy mərasimlərində də israfçılığın qarşısının alınması məqsədilə tədbirlərin görülməsi planlaşdırılır. Hətta qanun qəbul olunacağı da gözələnilir. Bu məsələyə Qüdrət Həsənquliyev də münasibət bildirdi və qeyd etdi ki, toylarda səs gücləndiricilər insanlara pis təsir edir və xəstəliklərə yol açır. Siz həm də ixtisasca həkimsiniz və bu məsələyə münasibətinizi bilmək istərdik.
– Doğrudan da bizdə mərasimlərin nizamlanmasına mütləq ehtiyac duyulurdu. İlk olaraq xalqın maariflənməsinə çox böyük ehtiyac var. Gəlin boynumuza alaq ki, bizlərdə bəhsə girmək kimi naqis bir xüsusiyyət formalaşıb. Hər kəs özünü imkanından qat-qat artıq göstərməyə can atır. Bu da əhalinin dolanışığı zəif olan təbəqəsinə çox zərər vurur, eyni zamanda, çoxlu ailələrdə psixoloji problemlər yaradır. Doğmasını itirən kəs bilmir ki, mərhumun dəfninin xərclərinin qarşılığını ödəsin, yoxsa gələn qonaqlara banket səviyyəsində stol açsın. Qeyd edim ki, dəfnin özünün də meyit yuyulasından tutmuş, ta qəbr yerinin alınmasına qədər çox böyük xərcləri var. Qafqaz Müsalmanları İdarəsinin tövsiyyəsi və mövqeyi təqdirə layiqdir. Yəqin ki, icra strukturlari bu işdə öz qətiyyətini göstərəcək. Lakin bu işlərin yaxşı nəticəsi üçün imkanlı şəxslərin nümunə olması daha effektli olardı.
O ki, qaldı toy mərasimlərinə, bizdə bu mərasim əndazəsini aşıb. Bu işdə əhalini günahlandırmıram. Burada günah işbazlardadı. Əhali istəsə belə şadlıq evlərinin “menyusuna” dəyişiklik edə bilmir. Şadlıq evləri isə həmin “menyularla” əhalini açıq-aşkar soyurlar. “Menyuya” daxil olan içkilər bir il ərzində bəlkə də bütün toylarda dövr edir və istifadə olunmadan yeni toyun “menyusunda” pulu alınır. “Menyular” olduqca ağır və çoxşaxəlidir. Bəli, ixtisasca həkim olduğum üçün çəkinmədən deyirəm – bu “menyular” insanlarımızın səhətinə çox mənfi təsir göstərir. Baxın, süfrəyə qırx adda yemək-içmək və növbənöv salatlar qoyulur. Orqanizmə daxil olan hər bir qida maddəsinə həzm sistemi fərqli fermentlər hazırlayır və həmin qidanı həzmə uğradır. Belə olan halda mədə, mədəaltı vəzi və qaraciyər görün nə qədər yüklənir. Onsuz da bütün bu qidaların normal həzmi mümkün deyil və nəticədə artıq həzm olunmamış qidalar həzm yollarında çürümə və qıcqırma prosesinə uğrayır. Bu proseslərin nəticəsi toksinlərdir. Və belə nəticəyə gəlmək olar ki, biz toylarda özümüzü izafi məhsullarla zəhərləyirik. Təkrar edirəm, bu işdə toy sahiblərini günahlandırmaq olmaz. Günah bu “menyunu” məcburi olaraq toy sahibinə sırıyan şadlıq evlərinin sahiblərindədi. Toy sahibi etiraz etdikdə ona açıqca deyirlər ki, “istəmirsənsə get başqa bir yerdə toyunu et, bizdə “menyu” dəyişdirilmir”. Digər bir tərəfdən, müğənnilər də soyğunçuluqla məşğul olurlar. Əksəriyyəti fonoqramla oxuyan müğənnilər səsgücləndiricilərə ən yüksək səsi verirlər. Nəticədə yüksək səs dalğaları insanların səhətinə mənfi təsir göstərir. Həkimlər sözlərimi təsdiqləyərlər ki, toylardan sonra arterial təzyiqin yüksəlməsi, baş ağrıları və mədə-bağırsaq pozğunluğu şikayətləri artır.

– BAXCP bu il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır?

– Məlumat üçün bildirim ki, BAXCP-də daimi fəaliyyət göstərən seçki qərərgahı var. Partiyamız böyük seçki təcrübəsinə malikdir. Üç prezident seçkisində və üç parlament seçkisində öz namizədi ilə təmsil olunub. Ötən bələdiyyə seçkilərində partiyamız ümumi respublika üzrə bələdiyyə üzvlərinin sayına görə üçüncü yeri qazandı. Partiyanın iyun ayında keçirilən Ali Məclisində bu ilki bələdiyyə seçkilərində yüksək səviyyədə iştirak etmək və minimum ikinci yerdə qərərlaşmaq məqsəd kimi qarşıya qoyulub.

Previous Post

“Günah şadlıq evlərinin sahiblərindədi”

Next Post

Obama “İslam dövləti” ilə mübarizə strategiyasını açıqladı

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post

Obama “İslam dövləti” ilə mübarizə strategiyasını açıqladı

Obama “İslam dövləti” ilə mübarizə strategiyasını açıqladı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.