Günəş tutulmasından əvvəl fövqəladə vəziyyət elan edildi: 1 milyon ziyarətçi gözlənilir

🗓 30.03.2024 14:49 ✍️ "Elçi" qəzeti
Günəş tutulmasından əvvəl fövqəladə vəziyyət elan edildi: 1 milyon ziyarətçi gözlənilir

Kanadanın Ontario əyalətinin Niaqara bölgəsində Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən tutulma ilə bağlı gözlənilən 1 milyona yaxın ziyarətçi səbəbilə "fövqəladə vəziyyət" elan edilib. Elchi.az xəbər verir ki, Niaqara bölgəsi rəsmiləri aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını "görmək üçün ən yaxşı yerlərdən biri" olaraq təyin olunmasından sonra bölgəyə gözlənilən təxminən 1 milyon ziyarətçi üçün hazırlıqlara başlanıldığını açıqlayıb. Səlahiyyətlilər, nəqliyyat sıxlığı, ilk yardım xidmətlərinə artan ehtiyac və cib telefonu şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildirərək, bölgədə "fövqəladə vəziyyət" elan edildiyini açıqladı. Bələdiyyə sədri Cim Diodati bildirib ki, şəhərin bir günlük ziyarətçi sayı rekord həddə çatacaq. Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olar, lakin Türkiyədən müşahidə etmək mümkün deyil. Niaqara bölgəsində müşahidə edilən sonuncu Günəş tutulması 1979-cu ildə olub. Şayəstə Hüseynova

Bənzər yazılar