"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gülər Əhmədova BDU-dan çıxarıldı

18 Noyabr 2015 - 13:36
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Gülər Əhmədova BDU-dan çıxarıldı
Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunub.
“Report” xəbər verir ki, G.Əhmədovanın dərs dediyi BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı verilməyib. Ona görə də keçmiş deputat işdən çıxmaqla bağlı ərizə yazıb. BDU rəhbərliyi G.Əhmədovanın ərizəsini qəbul edib və onun universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar verilib. Artıq G.Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da çıxarılıb.
Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. 2000, 2005 və 2010-cu illərdə parlamentin deputatı olub.
2012-ci il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.
Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldıran kimi Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib, Mərkəzi Seçki Komissiyası onun deputatlığına xitam verib.
Elşad Abdullayev 2012-ci il dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyirinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.
178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib. 2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü ilin mayın 5-də o, Bakı Apellyasiya Məhkəməsinin zalından azadlığa buraxılıb.
Previous Post

Gülər Əhmədova BDU-dan çıxarıldı

Next Post

Fransaya uçan 2 təyyarədə bomba təhlükəsi

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

Fransaya uçan 2 təyyarədə bomba təhlükəsi

Fransaya uçan 2 təyyarədə bomba təhlükəsi

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.