Göyçə gölündə suyun səviyyəsi 12 sm azalıb
17-23 oktyabr 2022-ci il tarixə olan məlumata görə, Göyçə gölünün suyunun səviyyəsi dəniz səviyyəsindən 1900 m 40 sm hündürlükdədir.
Elchi.az Ermənistanın NEWS.am-a saytına istinadən bildirir ki, “Armstatehidromet”dən verilən məlumata görə, göldə suyun səviyyəsi ötən ilin eyni günü ilə müqayisədə 12 sm azalıb.
Bu müddət ərzində göldən suvarma üçün suyun çəkilməsi aparılmayıb və iyunun 3-dən oktyabrın 23-dək götürülən suyun ümumi həcmi 165,063 milyon kubmetr təşkil edib.
Xəyalə