Göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib

🗓 25.01.2018 09:59 ✍️ "Elçi" qəzeti
Göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib
Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi ("Şərq") itkin düşüb. Elchi.az  report-a istinadən xəbər verir ki, gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub. Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub. Axtarışlar, hələ ki, bir nəticə verməyib.
Gəmi ilə qəza siqnalından sonra əlaqə itib.

Bənzər yazılar