"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Gömrük qaydaları sərtləşdi – mal gətirilməsi proseduru nə zaman asanlaşacaq?

21 Sentyabr 2020 - 15:25
in İQTİSADİYYAT
FacebookVatsap

Bu həftədən etibarən şəxsi istifadə üçün Azərbaycana mal gətirilməsi qaydası sərtləşdirilib. 

Bunu da oxuyun

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Emin Ağalarov: Azərbaycan development sahəsinə investisiyalar üçün böyük potensiala malikdir

Belə ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1 500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bu dəyişikliklər elan olunan gündən müxtəlif ekspertlər, millət vəkilləri, sahibkarlar qərarın mənfi və müsbət tərəflərini müzakirəyə çıxarıblar. 

Qərarı müsbət tərəfdən qiymətləndirən şəxslərin fikrinə görə, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib. Lakin istənilən halda yeni qaydaların icra olunması sahəsində vətəndaşların rahatlığının təminatı əsas məqsəd olaraq qalmalıdır.

Əks fikir səsləndirənlər isə əsas arqument kimi bir sıra malların Azərbaycanda daha baha olması və ölkə xaricindən sifariş olunmasının daha sərfəli olmasını bildirirlər. “Report” müxtəlif məhsulların qiymət fərqi ilə bağlı infoqrafika hazırlayıb:https://www.youtube.com/embed/tRzgbrg3qBY?rel=0&color=white&hl=az

Belə ki, əgər əvvəl vətəndaşlar xaricdən müxtəlif daşıyıcalar vasitəsilə gətirdikləri 1 000 ABŞ dolları dəyərində məhsullar üçün əlavə gömrük rüsumu ödəmədikləri halda, indi bu limit 300 ABŞ dollarına və birdəfəlik qaydada olacaq. Nəticədə misal üçün 350 ABŞ dolları məbləğində bir məhsul sifariş edən şəxs (nəzərə alaq ki, texnika və bəzi geyim əşyaları üçün bu məbləğ elə də çox deyil) bağlamanı götürmək üçün əvvəlki kimi daşıyıcı şirkətin ofisinə deyil, əlavə 50 ABŞ dolların rüsumunu ödəmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportundakı terminala gəlməlidir.

Bəs burada vətəndaşı nə gözləyir? Şəxsiyyətini təsdiq edən sənədi təqdim edib birka götürdükdən sonra digər şöbəyə sənədləşmə üçün göndərilir, burada 5 manat dövlət rüsumu olan müəyyən sənədlər hazırlanır, həmin sənədlərlə digər şöbəyə göndərilir, burada malın anbarda qalma günləri hesablanaraq 30-50 manat. Vay o gündən ki, nəsə sifariş edəndən sonra ölkədən çıxmısız və ya dünyanı cənginə alan koronavirusa yoluxub 1 aya qədər sosial izolyasiya şərtlərinə əməl etməlisiniz – bu halda anbarda qalma müddətinə görə ödəniş bir neçə 100 manatı ötə bilər. Anbara görə ödənişi etdikdən sonra məhsulun əlavə dəyəri üçün tətbiq olunan 36 faizlik rüsumun ödənilməsi üçün digər şöbəyə yönləndirilir. Bu prosedurları keçmiş şəxslərin “Report”a verdiyi məlumata görə, bütün bu işlər üçün bəzən aeroportda 7-8 saata qədər vaxt itirmək lazımdır. Avtomobili dayanacaqda saxlamağın xərci də öz yerində. Digər tərəfdən, nəzərə alsaq ki, bütün prosedurlar iş saatlarında həyata keçirilməlidir, bağlama götürmək üçün gedən şəxslər faktiki olaraq iş saatlarını itirirlər. 

Beləliklə, cüzi məbləğdə əlavə dövlət rüsumunun ödənilməsi üçün həm bütün günü itirmək, həm xeyli əlavə xərc çəkmək lazımdır.  Azərbaycanda fəaliyyət göstərən müxtəlif daşıyıcı şirkətlərin təqdim etdiyi rahat çatdırılma fonunda bu cür çətin prosedurların keçirilməsi şərti ilə qəbul olunan qərar vətəndaşlar arasında narazılığa səbəb olub. Halbuki istənilən kiçik daşıyıcı şirkətin asanlıqla onlayn formada qurduğu xidmətin dövlət komitəsi tərəfindən də göstərilməsi insanların işini asanlaşdıra bilər.

Bununla belə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri Gömrük Postunun rəisi Üzel Gülmalıyev “Report”a açıqlamasında bildirib ki, hazırda Komitə yeni innovativ layihələr reallaşdırmaqdadır: “Bu istiqamətdə sürətli işlər aparılır. Yaxın zamanda gömrük orqanlarının vahid portal şəklində fəaliyyət göstərən yeni bir proqram təminatı vətəndaşlarımızın istifadəsinə veriləcək. Bu proqram təminatının üstünlüyü odur ki, vətəndaşlar gömrük ödənişlərini gömrük orqanına yaxınlaşmadan tam onlayn qaydada həyata keçirə biləcək. Burada rəhbər tutulan əsas prinsiplərdən biri vətəndaş məmur təmasının aradan qaldırılmasıdır. Sözügedən proqram təminatı bir növ gömrük orqanlarının vətəndaşlara rahatlıqla bağlı verdiyi yeni fürsətdir. Bununla vətəndaşlar əvvəlcədən öz bağlamalarını gömrük orqanlarına tam elektron qaydada rəsmi şəkildə bəyan edə biləcək və əgər ödəniş nəzərdə tutulursa, ödəmə şansı əldə edəcəklər”.https://www.youtube.com/embed/wch3WqCLSOw?rel=0&color=white&modestbranding=1&hl=az

Previous Post

Gömrük qaydaları sərtləşdi – mal gətirilməsi proseduru nə zaman asanlaşacaq?

Next Post

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

Bənzər yazılar

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir...

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi investisiyalar: gələcəyin kapitalı və iqtisadi...

Emin Ağalarov: Azərbaycan development sahəsinə investisiyalar üçün böyük potensiala malikdir

Emin Ağalarov: Azərbaycan development sahəsinə investisiyalar üçün böyük potensiala malikdir

26 Sentyabr 2026 - 11:22

Azərbaycan development sahəsinə, o cümlədən turizm infrastrukturu və kurort istiqamətlərinin inkişafına investisiyalar üçün böyük potensiala malikdir. Elchi.az xəbər verir ki,...

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

25 Sentyabr 2026 - 18:15

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan...

Next Post
DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.