"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Gizlənməyə yer axtarırlar” – Zakir Həsənov

29 Dekabr 2015 - 20:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasimində iştirak edib.

Avropa.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, gənc zabitlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri buraxılış münasibətilə məzunları təbrik edərək Ali Baş Komandanın tapşırığına əsasən ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan fəaliyyətlərdən, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək gənclərimizin hərb işinə marağının artırılmasına diqqət çəkən nazir Silahlı Qüvvələr sıralarına daxil olan zabitlərin Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfə verəcəklərini xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi qayğı nəticəsində ordumuzun daha da inkişaf etdiyini diqqətə çatdıran general-polkovnik Z.Həsənov bildirib: “Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir”.

Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, işğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.

“Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli sayda itki verib, ağr təlafata uğrayıb. Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı – düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir”, – deyə nazir bildirib.

Çıxışını zabitlərə müraciətlə davam edən Müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir.

“Tabeliyinizdəki əsgərləri Vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar”, – deyə general-polkovnik Z.Həsənov vurğulayıb.

Sonda Müdafiə naziri hərbi hissələrə yola düşməyə hazırlaşan gənc zabitlərə Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.

Previous Post

“Gizlənməyə yer axtarırlar” – Zakir Həsənov

Next Post

Abel Məhərrəmovun qardaşı vəzifəsində qaldı

Bənzər yazılar

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Next Post

Abel Məhərrəmovun qardaşı vəzifəsində qaldı

Abel Məhərrəmovun qardaşı vəzifəsində qaldı

Son xəbərlər

“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 - 16:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.