"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Geri qayıtmaq istəyən qadınlar: “Kobanidə çadır qurub yaşayarıq”

04 Mart 2015 - 13:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Geri qayıtmaq istəyən qadınlar: “Kobanidə çadır qurub yaşayarıq” Suriyada İŞİD-in zülmündən qaçaraq Türkiyəyə sığınan kobanili qadınlar geri qayıtmaq üçün müraciət etsələr də mənfi cavab alıblar.

Bunu da oxuyun

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Müsavat.com-un məlumatına görə, həyat yoldaşları müharubədə ölən və ya Kobanidə qalan qadınlar üçün qalmaq da çətindir, qayıtmaq da…
Diyarbakırın Qayapınar rayonundakı idman zalları 16 aydır ki, Kobanidən qaçan qadınların və uşaqların sığınacaq yeridir. Qadınlar vaxtlarının çoxunu idman zalının bağçasında keçirirlər. Əsas mövzuları isə Kobaninin İŞİD-dən alınmasıdır. Qadınlar Kobaninin geri alınmasına sevinib və dərhal doğma torpaqlarına qayıtmaq üçün bələdiyyəyə müraciət ediblər. Bələdiyyə Kobaniyə müraciət edərək qadınların geri dönmək istədiyini bildirib. Kobaniyə nəzarəti əlində saxlayan PKK-nın Suriya qolu YPG qadınların qayıtmasına icazə verməyib.
“Kobanidə çadır qurub yaşayarıq”
Altı aydır üç uşağı ilə birlikdə idman zalında qalan Sabah Şövkət Məhəmməd evinə qayıtmaq istəyənlərdəndir. Həyat yoldaşı Kobanidə olan qadın çadırda da olsa Kobanidə yaşamaq istədiyini bildirib: “Altı aydır ki, Türkiyədəyik. Burada bizə yaxşı baxırlar. Çox razıyıq, bizi bağırlarına basdılar. Qaçqın olduğumuzu belə unutdular. Amma Kobanidən bu gün qayıt desələr qayıdaram. Kobanı dağıdılıb, amma öz torpağımız oduğu üçün hər şeydən əzizdir. Bura da bizim torpağımızdır amma Kobani başqadır. Gedib çadır qurub yaşayarıq. Bizim evimiz kənddə idi. Evimiz uçmasa da minalanıb, əşyalarımız oğurlanıb. Burada hər şəraitimiz olsa da vətənin yeri başqadır. Ümid edirik ki, Novruz bayramını Kobanidə qeyd edəcəyik”.
“Evimiz dağıdılıb”
 
Həyat yoldaşını döyüşdə itirən Emira Şeyx Düma da oğlu ilə birlikdə idman zalında məskunlaşıb. Emira Şeyx Düma bildirib ki, Kobanidə evi dağıdılsa da geri qayıtmaq istəyir: “Doğulduğumuz yer bizim üçün əzizdir və qayıtmaq istəyirik. İlk fürsətdə qayıdacağam. Kobaninin İŞİD-dən xilas edilməsinə çox sevindik. Geri qayıda bilsək daha çox sevinərik. Qardaşım Kobanidədir. Keçən gün danışanda evimizin dağıdıldığını dedi. Orada düşərgə salınma ehtimalı var. Əgər elə bir şey olsa qayıdaram. Başqa yerdə yaşamaq çətindir”.
Həyat yoldaşı PKK-nın Suriya qolu YPG-nin üzvü olan Asya Dərvişin kəndi hələ də İŞİD-in əsarətindədir. Amma 4 uşaq anası Asya Dərviş Kobaninin harası olursa-olsun qayıtmaq istəyir. O qeyd edib ki, minaların çox olduğu bildirilib və şəhər minalardan təmizlənərsə geri qayıdacaq.
Otaqlarda mərkəzi istilik sistemi, televizor, hamam var
İdman zalında qalan qadınlar digərlərinə görə şanslıdır. Təxminən 30 otaq qadınların ixtiyarına verilib və otaqlar normal şəraitlidir. Otaqlarda mərkəzi istilik sistemi, televizor, hamam var. Ehtiyacları isə bələdiyyə tərəfindən ödənilir. Uşaqlar isə təhsildən geri qalmır. Ancaq şərait vəziyyəti dəyişmir, qadınlar vətənlərinə qayıtmaq istəyir.

 

Previous Post

Geri qayıtmaq istəyən qadınlar: “Kobanidə çadır qurub yaşayarıq”

Next Post

Şantajla məşğul olan qadınlar həbs edildi

Bənzər yazılar

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16

Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və...

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri...

Next Post

Şantajla məşğul olan qadınlar həbs edildi

Şantajla məşğul olan qadınlar həbs edildi

Son xəbərlər

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi – Ceyhun Bayramov

23 Oktyabr 2026 - 15:42
Zelenski istefaya çağırıldı

Zelenski istefaya çağırıldı

23 Oktyabr 2026 - 15:30
Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16
AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA klub rəhbərinə ağır cəza verdi

23 Oktyabr 2026 - 15:08
Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

Aİ Şurasının prezidenti Rusiyaya mesaj verib

23 Oktyabr 2026 - 15:00
Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

23 Oktyabr 2026 - 14:52
“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 - 14:43
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

23 Oktyabr 2026 - 14:30
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

23 Oktyabr 2026 - 14:14
Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc

23 Oktyabr 2026 - 14:07
Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

23 Oktyabr 2026 - 13:51
Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

Məktəblərdə gözlənilən qadağa – Mühüm dəyişiklik

23 Oktyabr 2026 - 13:42
Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

Yolu keçərkən bu səhvi etməyin – DYP-dən xəbərdarlıq

23 Oktyabr 2026 - 13:30
“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

23 Oktyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.