"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

General oğlu İslamın bu günkü durumundan yazdı

27 Noyabr 2015 - 11:30
in CƏMİYYƏT, GÜNDƏM, MARAQLI, MÖVQE
FacebookVatsap

General oğlu İslamın bu günkü durumundan yazdı

Bunu da oxuyun

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev musavat.com-a özünün müəllif yazısını yollayıb. Mövzunun aktuallığını nəzərə alaraq həmin yazını təqdim edirik: 
“Mərhəmətli Allahın adı ilə!
Mənə əmr olunub ki, müsəlman olum.
Hörmətli oxucular! Allahın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə! Allahdan hər birimizə rəhm edib günahlarımızı bağışlamasını və bizləri doğru yola, Özünün haqq yoluna yönəltməsini diləyirəm! 

 

Bu məqaləni də yazmağa məni sövq edən amillərdən biri yenə də “Allahın haqq yolu”, “İslam dini” adı altında bizlərə bəzi “din xadimləri”nin göstərdikləri və anlatdıqları oldu. Necə ola bilər ki, eyni Allaha qul olan, eyni Peyğəmbərin yolu ilə gedən, eyni dinə mənsub olan insanlar, eyni məscidin içində eyni namazları, müxtəlif qruplar şəklində qılsınlar? Bir məsciddə iki dəfə sübh namazı, iki dəfə günorta namazı, iki dəfə də axşam namazı qılınsın. Bəlkə də ola bilər – əgər məscidlər balaca olarsa, əgər ibadətə gələnlərin sayı çox olarsa. Amma günümüzdə belə halların səbəbi bu deyil. Səbəb ibadətə gələnlərin təriqətlərinin, etiqadlarının, mənsub olduqları dini qruplaşmaların, dini rəhbərlərinin, alimlərinin, şeyxlərinin, imamlarının, müctehidlərinin, hocalarının, əfəndilərinin müxtəlifliyidir. Bunu görən zamanlardan bir sual maraqlandırdı məni. Əcəba, Peyğəmbərimiz sag olsaydı, dövrümüzdə yaşasaydı, görəsən sübh namazını qılmaq üçün məscidə girib eyni müsəlmanların iki müxtəlif firqə halında Uca Allaha ibadət etdiyi ilə rastlaşsaydı, bizlərə nə deyərdi və nə edərdi? Yaxşısını Allah bilir. Quranda əl-Ənam surəsinin 159-cu ayəsində Uca Allah Peyğəmbərinə belə buyurur:

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur”.

Və bir də Şura surəsinin 13-cü ayəsində buyurur: 

“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!”.

Düşünürəm ki, sualın cavabı ayələrdən bəllidir.

“Necə ola bilər ki, eyni Allaha qul olan, eyni Peyğəmbərin yolu ilə gedən, eyni dinə mənsub olan insanlar, eyni məscidin içində eyni namazları, müxtəlif qruplar şəklində qılsınlar?” 

Məgər Uca Allah bizlərə əmr vermirmi? Məgər dində parçalanmamağı, firqə-firqə olmamağı bizim üçün qanun etmədimi? Axı haqq-hesab gününə iman gətirən insanlar bilməlidir ki, Allah bizi məhz Quranda olan qanunlara görə, qoyduğu qadağalara görə sorğu-sual edəcək. Hansısa alimlərin, şeyxlərin, imamların, hocaların, müctehidlərin, əfəndilərin, dini liderlərin dediklərinə görə sorğu-sual etməyəcək ki. Amma Quranda nazil etdiyi qanunlara əməl edib-etməməyimiz mütləq və mütləq soruşulacaq. Mən buna tam yəqinliklə iman gətirmişəm. Bizə haqq-hesab günü “sən sünni idin, yoxsa şiə” kimi bir sual verilməyəcək ki. Uca Allah bizləri Quranda müsəlman adlandırıb. Bizə necə bu sual verilə bilər ki? Bizdən “Quranda buyurulanlara əməl etdinmi, etmədinmi”, “təslim oldunmu, olmadınmı”, “iman gətirdinmi, gətirmədinmi”, “bəs iman gətirdinsə, niyə Qurana əməl etmədin” kimi suallar soruşular.

Uca Allah Quranda Həcc surəsinin 78-ci ayəsində belə buyurur:

“Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu kitabda sizi müsəlman adlandırdı”.

Bizi Uca Allah müsəlman adlandırırsa, biz niyə özümüzə sünni və ya şiə deyə ad qoymalıyıq. Əgər Allah bizi Öz kitabında müsəlman adlandırırsa, kimdi o şəxslər ki, bizə “şiə” və ya “sünni” adını verir? Kimdi o şəxslər ki, bizim qarşımıza “ya sünni olmalısan, ya da ki, şiə” deyə öhdəlik qoyurlar? Rəbbimiz və Sahibimiz olan Allah bizə bu adı, MÜSƏLMAN adını veribsə, niyə biz bəzi insanların bu adın yanına daha bir ad qoyub bizi firqələrə bölmələrinə imkan yaradırıq? Məgər sünni və ya şiə firqə deyilmi? Məgər Əzəmətli Hökmdarın Quranda “firqələrə bölünməyin, bunu sizin üçün dində qanun etdim” deməsi bizə yetmirmi?

“Allah Peyğəmbərimizə buyurub ki dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur”

Məgər sünni və ya şiə olmaq Quranda barəsində buyurulan “bölünmüş”, “parçalanmış” firqələrdən biri olmaq demək deyilmi? Məgər Allahın qoyduğu ad bizə yetmirmi? Hər şeyi gözəl biçimdə yaradan Rəbbimiz, əlbəttə ki, bizə ən gözəl adı – MÜSƏLMAN adını verib. Müsəlman sözünün mənası əgər təslim olan deməkdirsə, o zaman hanı bugünkü müsəlmanların Ali-İmran surəsinin 105-ci ayəsinə təslimiyyəti? Hanı Şura surəsinin 13-cü ayəsinə təslimiyyəti? Hanı bugünkü müsəlmanların əl-Ənam surəsinin 159-cu ayəsinə təslimiyyəti? Nə qədər ki, müsəlman insanlar firqələrə bölünür, özlərini islam dininin sünni və ya şiə firqəsinə aid edir, Allahın Quranda buyurduğu əmrlərinə və qanunlarına heç bir təslimiyyətdən söhbət belə gedə bilməz. Allaha təslimiyyət islamı bütövlüklə qəbul etmək deməkdir. Hər birimiz bəlkə də bu barədə yenə də düşünməliyik və Qurana bərk-bərk sarılmalıyıq. Çünki Uca Allah Quranda ən-Nəml surəsinin 91 və 92-ci ayələrində Peyğəmbərimizə aşağıdakı kəlmələri insanlara söyləməsini buyurur:

“Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!”. Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Haqq yoldan azana isə de: “Mən ancaq xəbərdar edənlərdənəm!”.

Məncə heç bir şərhə ehtiyac yoxdu. Allahın salamı, rəhməti və bərəkəti haqq yolda olan hər kəsin üzərinə olsun! Allaha əmanət olun!

Vəli Zahid oğlu Dünyamalıyev”.

Previous Post

Sabunçu xəstəxanası nəzarətdə: giriş qadağan edildi-FOTOLAR

Next Post

Vaqif Bayatlının səhhəti pisləşdi

Bənzər yazılar

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Elchi.az xəbər verir ki, bu, Milli...

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16

Ədliyyə naziri Fərid Əhmədov 6 noyabr tarixində Samux rayonunda Gəncə şəhəri, Daşkəsən, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarının sakinlərini qəbul...

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08

Noyabrın 2-dən metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 102, 130,...

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

30 Oktyabr 2026 - 10:00

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Elchi.az-a Milli...

Next Post

Vaqif Bayatlının səhhəti pisləşdi

Vaqif Bayatlının səhhəti pisləşdi

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.