Gənclərdən Trampa Qarşı Məhkəmə İddiası

🗓 30.05.2025 11:27 ✍️ "Elçi" qəzeti
Gənclərdən Trampa Qarşı Məhkəmə İddiası

ABŞ-da 22 gənc prezident Donald Trampa qarşı son aylarda iqlim və ətraf mühitlə bağlı imzalanan üç prezident fərmanının onların konstitusiya hüquqlarını pozduğu iddiası ilə məhkəməyə müraciət edib.
Elchi.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Montana ştatında yaşları 7-25 arasında olan 22 nəfər “Milli enerji fövqəladə halı” çərçivəsində imzalanan üç prezident fərmanının konstitusiyaya zidd olduğu səbəbilə Tramp və administrasiyasına qarşı iddia qaldırıb.
Sözügedən prezident fərmanlarının qlobal istiləşməni daha da pisləşdirəcəyini iddia edən gənclər, cavabdeh qurumlar arasında ABŞ Energetika Nazirliyi, Nəqliyyat Departamenti, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) olduğunu bildiriblər.
İddiaçılardan biri, Eva Lighthiser, "Trampın qalıq yanacaq fərmanları mənim nəslim üçün ölüm hökmüdür" dedi. Lighthiser, "İstədiyim üçün deyil, məcbur olduğum üçün məhkəməyə verirəm. Sağlamlığım, gələcəyim və həqiqəti söyləmək hüququm təhlükə altındadır. (Tramp) qalıq yanacaqlardan silah olaraq istifadə edərək bizə müharibə elan edir və biz Konstitusiya ilə cavab veririk" dedi.

Şayəstə Hüseynova

Bənzər yazılar