“Gələrsən, görərsən” layihəsinin növbəti buraxılışı

🗓 22.09.2014 14:29 ✍️ "Elçi" qəzeti
med1Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılan və artıq üç bölümü "İctimai" televiziyada yayımlanmış "Gələrsən, görərsən" adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılmaqdadır. Teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdiyi bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər regionlarının paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması yolunda çox uğurlu bir addım olacağı düşünülür. Qeyd edək ki, sözügedən layihənin dördüncü buraxılışı Lənkəran şəhərinə həsr olunacaq və verilişi cari ilin 22 sentyabr tarixində, saat 22:50-də "İctimai" televiziyada izləyə bilərsiniz.

Bənzər yazılar