"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Fədayə Laçının ibtidai istintaqa ifadəsi məlum olub

31 İyul 2018 - 18:49
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadə məlum olub.

APA-nın xəbərinə görə, istintaqa ifadəsində F. Laçınqatardan qaçan və sonradan zərərsizləşdirilən “Qoca” ləqəbli Etibar Məmmədovla münasibətlərindən danışıb.

O deyib ki, E. Məmmədovu 2013-cü ildən tanıyır: “Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Etibarı onda tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam. Təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarımdan adı yadımda qalmayan şəxs mənə Hacıqabul rayonunda bir nəfərin ad günündə 1-2 saatlıq oxumağı təklif edib. Mən də həmin müğənni yoldaşın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadə etdiyim mobil nömrəni ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra “votsap”da mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. Mənə “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, – məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən, dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan F. Laçın bildirib ki, həmin il noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli adlı şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefonla danışmağa başladı”.

Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə E. Məmmədovla görüşüb, həmin görüşə tək gedib. O qeyd edib ki, Lerik rayonunda konsertdə olan zaman E. Məmmədovun iyulun 2-də qatarla Lənkərana gələcəyi ona məlum olub: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi istədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq. 2017-ci ilin avqustunda Etibar mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibarın hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsində dəmir barmaqlıqlar, pərdə vardı. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

F. Laçın qeyd edib ki, təxminən sentyabr ayında ona E. Məmmədovun Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum”.

F. Laçın deyib ki, E. Məmmədov ondan dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açarı taparaq onun dostu Aqilə verməyini xahiş edib: “Məsələ burasında idi ki, Etibar bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işlədiyini bilirdi. Etibarın bu istəyini yerinə yetirəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar “Votsap”la mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət məndən küsdü və danışmadı. Sonra ona dedim ki, açar bir nəfərdə var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

F. Laçının sözlərinə görə, E. Məmmədov bir neçə gün sonra həmin açarı qatardan qaçmaq üçün istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibarla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bacım Tellinin Etibarın qaçması planından xəbəri olmayıb”.

Previous Post

Fədayə Laçının ibtidai istintaqa ifadəsi məlum olub

Next Post

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Bənzər yazılar

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29

Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib. Elchi.az xəbər verir ki, bu barədə “Sea...

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bakı...

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə...

Next Post
Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Son xəbərlər

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55
Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28
Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

15 Avqust 2026 - 11:12
“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.