Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.
“Ordumuz öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərib və üç rəngli bayrağımız düşməndən azad edilən torpaqlarda ucaldılıb. Əminik ki, yaxın zamanlarda üç rəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada dalğalanacaq”, – deyə F.Ələsgərov vurğulayıb.