Fransanın “Charles de Gaulle” aviadaşıyıcısı Qırmızı dənizin cənub hissəsinə doğru irəliləyir.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.
TF1 telekanalı sənəddən bu çıxarışı təqdim edir:
“Aviadaşıyıcı ‘Charles de Gaulle’ və onu müşayiət edən gəmilər 6 may 2026-cı il, çərşənbə günü Süveyş kanalından keçərək Qırmızı dənizin cənubuna doğru istiqamət alırlar.”
“Le Figaro” qəzetinin qeyd etdiyinə görə, aviadaşıyıcının yerləşdirilməsi şərait imkan verdiyi zaman Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan beynəlxalq missiyanın planlaşdırılması fonunda baş tutur.
Məryəm





















