Fransanın mübahisəli sosial media platforması olan TikTok-u kukilərdən imtina etməyi çətinləşdirdiyinə görə 5 milyon avro cərimələdiyi bildirilib.
Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, Fransanın “20 Dəqiqə” internet saytının xəbərinə görə, Fransa İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) TikTok-u öz internet səhifəsində istifadəçilərin rədd etmə prosesini çətinləşdirərək kukiləri qəbul etməyə məcbur etməkdə günahlandırıb.
CNIL bu səbəbdən TikTok-u 5 milyon avro cərimələyib. TikTok etiraz edərsə, cərimədən şikayət etmək üçün 4 ay vaxtı var.
Yeganə