Talibanın sözçüsü Zabihullah Mücahid Əfqanıstandakı hadisələrin və humanitar vəziyyətin həlli üçün Türkiyənin təşəbbüsü ilə görüşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fövqəladə İcraiyyə Komitəsinin Açıq İştirakla yaydığı bəyanatı alqışladıqlarını bildirib.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mücahid İƏT Açıq İştirak Fövqəladə İcraiyyə Komitəsinin yaydığı bəyanatla bağlı yazılı açıqlama verib:
“Əfqanıstan İslam Əmirliyi İslam Əməkdaşlıq Təşkilatının Əfqanıstandakı vəziyyətlə bağlı təşkil etdiyi toplantını və onun yaydığı bəyanatı alqışlayır. Biz İƏT-in qadınların təhsilinə olan marağından xəbərdarıq, lakin İslam Əmirliyi müvəqqəti tədbirlər görüb. Bununla bağlı İslam Əmirliyi də daxil olmaqla bütün beynəlxalq təşkilatları İslam Əmirliyi ilə yaxından anlaşmaya və Əfqanıstan xalqı ilə əməkdaşlığı davam etdirməyə dəvət edirik”.
İnformasiya Texnologiyaları, Açıq İştirak Fövqəladə İcraiyyə Komitəsi Əfqanıstandakı hadisələri və humanitar vəziyyəti müzakirə etmək üçün yanvarın 11-də Daimi Nümayəndələr səviyyəsində görüşüb. Görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əhatəli bir görüş keçirib. O, Səudiyyə Ərəbistanı, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə telefon danışıqları aparıb.
Türkiyənin təşəbbüslərindən sonra İcraiyyə Komitəsi bəyanat yayıb.
Yeganə