Fransalı siyasətçi Filippo bildirib ki, dünya Ukraynanın Olimpiadanı boykot etməsindən sağ çıxacaq.
Elchi.az xəbər verir ki, Fransanın Patriotlar Partiyasının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya idmançılarının iştirak edəcəyi təqdirdə Paris Olimpiadasını boykot edəcəyi ilə bağlı hədəsinə cavab verib.
Siyasətçi Kiyev rejiminin mübariz mövqeyini ələ salaraq, dünyanın belə bir boykotdan necəsə sağ çıxacağını deyib.
“Zelenski Rusiya idmançılarının iştirakına qadağa qoyulmasa, Ukraynanın Olimpiadanı boykot edəcəyi ilə hədələyir? Yaxşı! Boykot etsinlər! Dünya idmanı bundan sağ çıxacaq”, – Filippo Twitter-də yazıb.
KP.RU saytının daha əvvəl yazdığı kimi, Vladimir Zelenski Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rusiyalı idmançıların yarışmasına icazə vermək variantını nəzərdən keçirməyə hazır olmasından narazı qalıb.
Bütün bunların fonunda Ukrayna Milli Olimpiya Komitəsinin Baş Assambleyası 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının boykot edilməsi imkanını nəzərdən keçirəcək. Bu məsələ ilə bağlı iclas 2023-cü il fevralın 3-nə təyin edilib.
Şayəstə