Fransanın Avropa və xarici işlər nazıri Katrin Kolonna Bakıya gəlib.
Elchi.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında yazıb.
“Qafqaza səfərimə Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəlişim. Fransa, regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. O, buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım mesajdır,” – nazir qeyd edib.