Fransanın xarici işlər naziri Ketrin Kolonna Qərb ölkələrini Ukrayna Silahlı Qüvvələrinin nəinki sağ qalması, hətta əks hücuma keçməsi üçün Kiyevə kütləvi və sürətli hərbi yardım göstərməyə çağırıb. Elchi.az RİA Novostiyə istinadən xəbər verir.
“Bizim Ukraynaya hərbi dəstəyimiz kütləvi və sürətli olmalıdır ki, Ukraynaya nəinki sağ qalsın, həm də istədiyi və bacardığı zaman əks-hücum edə bilsin”.
Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, belə yardımın göstərilməsi üçün onun Kiyevin ehtiyaclarını ödəməsi lazımdır. o əlavə edib ki, Ukraynanın bu gün ən böyük ehtiyacı sursat, eləcə də hava hücumundan müdafiə sistemləridir.
Daha əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Artemivsk ətrafında yaranan çətin vəziyyətlə əlaqədar artıq Qərbə SOS siqnalı göndərib.
Havar Şəfiyeva