Fransanın xarici işlər naziri Stefan Sejourne və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya Ukraynada qalib gəlsə, “hamımız uduzacağıq” xəbərdarlığını ediblər.
Elchi.az xəbər verir ki, Sejourne və Cameron “The Telegraph” qəzeti üçün birgə məqalələrində Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıblar.
Nazirlər iki ölkə arasında imzalanan dostluq müqaviləsi olan Antanta Kordialesinin 120 illiyi çərçivəsində birgə əməkdaşlığa da toxunub və digər ölkələri Rusiyaya qarşı Ukraynaya dəstək verməyə çağırıblar.
Sejourne və Cameron birgə məqalələrində bölgəyə yardımların artırılmasının vacibliyini vurğulayaraq, “Ukrayna uduzsa, hamımız itiririk. Ukraynanı dəstəkləməməyin qiyməti Putini dəf etməkdən qat-qat yüksək olacaq” deyib.
Rusiyanı məğlub etmək üçün daha çox iş görülməli olduğunu vurğulayan ikili, “Bütün dünya Ukraynaya dəstək verə bilməsələr, onlara baxır və mühakimə edəcəklərini” bildirib.
Şayəstə Hüseynova