Fransanın tarixində ikinci ən uzun istilik dalğasını yaşadığı və 22 gün davam etdiyi açıqlandı.
Elchi.az xəbər verir ki, Fransa meteorologiya agentliyi Meteo-France-ın açıqlamasına görə, 28 iyulda başlayan istilik dalğası 22 gün davam etdi və bu, 1983-cü ildəki 23 günlük istilik dalğasından sonra qeydə alınan ən uzun dövr oldu.
Bəyanatda qeyd olunur ki, ölkə tarixində ikinci ən uzun istilik dalğası 29 iyul, 12 avqust və 14 avqustda zirvəyə çatdı və termometrlər rekord səviyyələrə çatdı.
Fransa 1990-cı ildə temperatur rekordlarının qoyulduğu vaxtdan bəri ən isti iyul ayını yaşadı. İyulda orta temperatur 24,9 dərəcə Selsiyə yüksəldi.
70 faiz yağıntı çatışmazlığı ilə iyul ayı qeydə alınan üçüncü ən quraq iyul ayı oldu.
Mütəxəssislər rekord yüksək temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər.
Tarixdə ən pis yanğın mövsümünü yaşayan Fransada bu il 117.000 hektardan çox torpaq külə çevrilib.
Məryəm





















