Fransa Rusiyaya qarşı bu qadağaya etiraz etdi

37

Avropa ölkələri arasında Rusiya nüvə yanacağının tədarükü və Rosatom ilə əməkdaşlıqla bağlı fikir ayrılığı yaranıb.

Elchi.az xəbər verir ki, bu barədə “Hill” məlumat yayıb.

“Polşa, İrlandiya, Estoniya, Latviya, Litva və Almaniya bu yaxınlarda AB-yə Rusiyadan nüvə yanacağının idxalını qadağan etməyi tövsiyə edəndə, Macarıstan və Fransa etiraz edib, Brüssel isə səssiz qalıb”, – məlumatda deyilir.

Məqalədə vurğulanır ki, Rosatom Çexiya, Slovakiya, Bolqarıstan və Macarıstandakı atom elektrik stansiyalarını nüvə yanacağı ilə təmin edir:

“AB-nin bu stansiyalara yanacaq tədarükünün dayandırılması ilə bağlı istənilən qərarı dərhal dövlətlərə iqtisadi ziyan vuracaq”.