Paris Ukrayna münaqişəsi ilə bağlı Çindən Rusiyaya aydın mesaj gözləyir.
Elchi.az TASS – a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejournet Çinin xarici işlər naziri Van Yi ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz Çinin Rusiyaya çox aydın siqnallar göndərəcəyini gözləyirik” – deyə Sejournet bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin fevralında Çinin təklif etdiyi Ukraynada sülh planının üstünlüklərini açıqlayıb.
Havar Şəfiyeva