Fransa Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməyəcək

103

Fransanın Rusiyadakı səfirliyi ölkənin bir sıra Avropa dövlətlərindən sonra Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməkdən imtina etdiyini bildirib. Elchi.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

“Bəzi ölkələr, məsələn, Finlandiya və Polşa öz qaydalarını dəyişib. Lakin biz dəyişdirməyi planlaşdırmırıq”, – Fransa diplomatik missiyası bildirib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiyaya Rusiya avtomobillərinin öz ərazilərinə daxil olmasını qadağan edən Avropa ölkələri ilə sərhədi bağlamağı təklif edib. O əlavə edib ki, bu ölkələr üçün tarifləri ciddi şəkildə qaldırmaq lazımdır və rusiyalı iş adamları başqa bazarlar axtarmalıdırlar.

Qeyd edək ki, bundan əvvəl oxşar məhdudiyyətlər Finlandiya, Litva, Latviya və Estoniya tərəfindən tətbiq edilmişdi. Belə ki, tədbirlər hazırda Avropa İttifaqının Rusiya ilə həmsərhəd olan bütün üzv ölkələrində qüvvədədir.

Havar Şəfiyeva