Sakit okeanın cənubunda Fransanın müstəmləkəsi olan Fransız Polineziyasının bir hissəsi olan Taiti adasında torpaq sürüşməsi nəticəsində 7 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ-da fəaliyyət göstərən “X” şirkətinin sosial media platformasında təbii fəlakətdən zərər çəkmiş ailələrə dəstək mesajı paylaşıb.
Makron sürüşmə nəticəsində yeddi nəfərin öldüyünü və itkin düşənlərin olduğunu bildirib və axtarış-xilasetmə qruplarına və təhlükəsizlik qüvvələrinə səylərinə görə təşəkkür edib.
Sakit okeanın cənubunda, Fransa Polineziyasının Taiti adasında gecə saatlarında torpaq sürüşməsi baş verib.
Yerli hakimiyyət orqanları daha çox sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib və itkin düşənlərin axtarışı davam edir.
Məryəm





















