Kipr prezidenti Nikos Xristodulides ölkənin iyun ayında Fransa hərbçilərinin humanitar məqsədlər üçün adada olmasına icazə verən saziş imzalayacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, o, əlavə edib ki, saziş nazirlər səviyyəsində bağlanacaq.
“Saziş humanitar məqsədlər üçün Kipr ərazisində fransız qoşunlarının mövcudluğunu təmin edəcək”, – deyən Xristodulides bunun ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş səylərin bir hissəsi olduğunu bildirib.
Onun sözlərinə görə, saziş həm də Avropanın daha geniş təşəbbüslərinə, o cümlədən Kiprə 1,2 milyard avro verəcək SAFE proqramına uyğundur.
Yeganə





















