Fransa Kiyevə Leclerc tankları tədarük etməyi düşünür

27

Elchi.az xəbər verir ki, Fransa Kiyevə Leclerc tanklarının tədarükü variantını müzakirə edir, lakin bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Bu barədə məlumatlı mənbəyə istinadən “Politico” məlumat yayıb.
“Parisdə hələlik heç bir qərar yoxdur. Amma biz bu haqda düşünürük”, – deyən mənbə deyib: “Gəlin görək, Fransa və Almaniya Nazirlər Şuralarının birgə iclasında nə qərar veriləcək”.
Xatırladaq ki, Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu dekabrın sonunda Ukrayna Silahlı Qüvvələri onların təmirinin öhdəsindən gələ bilmədiyi üçün Parisin Kiyevə Leclerc tankları tədarük etməyəcəyini bildirmişdi.

Şayəstə