Fransa Xalq Cümhuriyyət İttifaqı Partiyasının lideri Fransua Asselino bildirib ki, Qərb siyasətçiləri və mediasının hərəkətləri bütün dünyanın Qərbə qarşı birləşməsinə gətirib çıxaracaq. Elchi.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.
“Əgər bəşəriyyət iki əsr ərzində hələ də mövcuddursa, o zaman 2223-cü il tarixçiləri dövrümüzün siyasi liderlərinin və əsas Qərb mediasının məsuliyyətsizliyindən məəttəl qalacaqlar” deyə o qeyd edib. Asselino Qərb siyasətçilərini təkəbbür və korluqda ittiham edib.
Beləliklə, o, Li Şanfunun Çin Müdafiə Nazirliyinin rəhbəri seçilməsinə reaksiya verib.
Martın 12-də Ümumçin Xalq Nümayəndələri Konqresi (ÇXR-in ali qanunverici orqanı) Li Şanfunu müdafiə naziri vəzifəsinə təsdiq edib. O, 2018-ci ildən Xalq Azadlıq Ordusuna rəhbərlik edən general-polkovnik Vey Fenqeni əvəzləyib.
Bundan əvvəl ABŞ kəşfiyyatı Vaşinqton üçün ən böyük təhlükə kimi Çin prezidenti Si Cinpinin 3-cü dönəmini müəyyən etmişdi. Ölkənin milli kəşfiyyat direktoru Avril Haynes bildirib ki, ABŞ-a dünyada getdikcə daha çox iqtisadi, texnoloji, siyasi və hərbi meydan oxuyan Çin görünməmiş prioritet olaraq qalır.
Havar Şəfiyeva