ABŞ prezidenti Co Bayden Alyaskanın şimal-qərbində nəhəng neft qazma layihəsinin qarşısını almağı planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə Associated Press Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, amerikalı lider Alyaskada və Şimal Buzlu okeanda 6,5 milyon h sahədə neft qazmasının qarşısını alacaq və ya məhdudlaşdıracaq.
Agentliyin məlumatına görə, Ağ Ev iki hissədən ibarət planı açıqlayacaq. Beləliklə, birinci hissə çərçivəsində ABŞ rəhbəri Şimal Buzlu Okeanın 1,5 milyon h ərazisində qazma işlərini qadağan etmək, federal suların qalan hissəsini neft kəşfiyyatından bağlamaq niyyətindədir.
Agentliyin mənbəsinin sözlərinə görə, ikinci hissə çərçivəsində Ağ Ev Milli Neft Ehtiyatı kimi tanınan geniş ərazidə – Alyaskada 5,3 milyon h-dan çox ərazidə biznesin aparılması üçün yeni qaydalar hazırlayacaq.
Havar Şəfiyeva