"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fövqəlgüclü Abdolbari Gözəlin iflası?

02 May 2016 - 12:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Fövqəlgüclü Abdolbari Gözəlin iflası?

Bunu da oxuyun

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Televiziya ekranlarında və KİV səhifələrində ölkənin aparıcı oliqarxlarından biri, «Azərsun Holdinq»in Müşahidə Şürasının sədri Abdolbari Gözəlin görünməsi bizim üçün nadir hadisə deyil. İldə bir-iki dəfə səliqə-sahmanlı, gülərüz, biznes üçün ölkədə normal şərait yaradan Azərbaycan hökumətindən razılığını bildirən simasını görməyə alışmışıq. Lakin onun sonuncu dəfə mətbuat qarşısında çıxışı, açığını desək, ekspertlər arasında bir qədər ziddiyyətli fikirlərə səbəb olub.

 

Oliqarxın bu dəfəki çıxışı nə ilə yadda qaldı? İlk növbədə, hamını onun ƏDV-nin differensiasiyasının mütləq aparılmalı olması barədə birbaşa bəyanatı hamını təəccübləndirdi. İntonasiyaya fikir verdinizmi — tələb kimi səslənir, deyilmi? Düzdür, o elə yerindəcə tonunu yumşaldaraq xatırladır ki, belə hallara beynəlxalq təcrübədə də rast gəlinir. «Bahalı maşın, yaxud yumurta alanlar üçün ƏDV eyni olmamalıdır. Buna görə də, ƏDV dərəcələrinə yanaşmanı dəyişmək lazımdır. Xüsusilə, bu yanaşma kənd təsərrüfatı məhsullarına tətbiq edilməlidir. Söhbət istehlakçıların xərclərinin azaldılmasından gedir».

Binəva istehlakçı, bütün ticarətçilər onun qayğısına qalmağa başlayıb. Görəsən biz belə çıxışları gəlhagəl dövrlərində niyə eşitmirdik? Bəlkə bunlar öz ticarətlərinə, başqa sözlə desək, gəlirlərinə görə narahatdırlar? Yada salaq ki, ilk fevral devalvasiyasından sonra elə həmin bu Gözəl mallara, xüsusilə də onun firmasının istehsal etdiyi qida məhsullarına qiymətləri qaldırmamağa söz vermişdi. O vaxt da istehlakçılara görə narahat idi. Lakin inhisarçı sahibkar sözünü tutmağa müyəssər olmadı. Tezliklə çayın, qəndin, şəkər tozunun və daha bir çox məhsulun qiymətləri qalxmağa başladı… O vaxta qədər ki, idxal edilən analoqlarının qiymətlərinə çatdılar.

Amma proses artıq dinməzcə, səs-küylü bəyanatlarsız gedirdi və bu mane olmadı ki, Gözəl bir neçə ay sonra bildirsin: «Xoşbəxtlikdən, «Azərsun Holdinq» böhran dövründə Azərbaycanın ərzaq bazarının dayağı oldu. İnanın ki, heç kim bu cür böhrana davam gətirə bilməzdi… Başqa şirkətlər qiymətləri 20-30% qaldırdılar, biz isə cəmi 5-10%». Oliqarxa inanmaq olardı, ələlxüsus da ona görə ki, üstündən xeyli vaxt keçib və bu gün həmin faizləri hesablamaq çətin məsələdir.

Bəs ikinci devalvasiyadan sonra nə baş verdi? Ən parlaq misalı götürək. İlk növbədə, bazarda siqaretin qiyməti qalxdı. Bir neçə gündən sonra bir az da qalxdı. Əgər ancaq xarici siqaretlərin qiymətləri qalxsaydı, bunu başa düşmək olardı. Lakin yerli istehsal olan siqaretlərin də qiymətləri eynilə kəskin və anlaşılmaz tərzdə qalxırdı.

Deyə bilərsiniz ki, yerli istehsal siqaretlərin də tərkib hissələri xaricdən gətirilir axı. Doğrudan da, bir çox tərkib hissələri idxal edilir. Lakin nəzərə alaq ki, kompüter və avtomobil kimi mürəkkəb qurğular da az qala bütün hissələri xaricdən gətirildiyi təqdirdə belə, satıldığı ölkədə yığılırsa, xarici analoqlarından kifayət qədər ucuz başa gəlir. Diqqət edin, söhbət yalnız yığılmadan gedir, əlavə işsiz-filansız.

Axı «Azərsun Holdinq»in tütün kombinatında, çay və digər fabriklərində iri istehsal prosesi gedir və orada iş hazır məhsulun ancaq qablaşdırılması ilə məhdudlaşmır. İşlərin böyük hissəsi burada görülür və yəqin ki, tərkib hissələrin heç də hamısı başqa ölkələrdən idxal edilmir. Bu zaman ortaya iki sual çıxır: nəyə görə «Azərsun»un məhsulları mağazaların piştaxtalarında xarici analıqlarından ucuz deyil və nəyə görə devalvasiya vaxtı bu şirkət özünü xarici şirkətlər kimi aparır?

Vergilərin artırılması ilə əlaqədar iri market şəbəkələrinin rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciətinə qoşulmamasının səbəbini də o, özünəməxsus tərzdə izah edir. Sən demə, «Azərsun»un başçısı bunu daha əvvəl edibmiş.

Özü də nazirə ünvanlanmış məktubunda yalnız holdinqə daxil olan «Bazarstore» marketlər şəbəkəsinin problemlərini deyil, həm də bu sektorun bütün iştirakçılarının, eyni zamanda istehlakçıların da problemlərini qeyd edib. Lakin hər şeyi, həmişə olduğu kimi, təkbaşına, digər adi supermarket şəbəkələri rəhbərlərinin səviyyəsinə enmək istəmədən. Ümumi siyahının altında isə öz imzasını qoymaqdan imtina edib.

Ümumiyyətlə, ölkədə çoxprofilli istehsal müəssisələri (nəqliyyat, ticarət və digər istiqamətlərdən danışmırıq) açmaq Abdolbari Gözəlin nəyinə lazım idi? Axı əcnəbi ölkə vətəndaşı kimi qalaraq ölkə ilə sakitcə alverini edə bilərdi. İstədiyi zaman da vergi siyasəti onu daha çox qane edən başqa bir ölkədə istehsal prosesini yaratmaq mümkün idi. Bildiyim qədərilə Azərbaycanda ƏDV həmişə 18% təşkil edib. Azərbaycan bazarına daxil olmaqsa ona elə də asan başa gəlməyib.

Yadımdadır, 90-cı illərin ortalarında türk sahibkarı Gözəl Bakıda peyda olan zaman Türkiyə sahibkarları birliyinin (TÜSİAB) ilk sədri Avni Gözütok ona yardım edən ilk adamlardan biri olmuşdu. O, bazara yenicə qədəm qoymuş iş adamını bazarın xüsusiyyətləri, idarə rəhbərləri, həmkarları və hətta Türkiyə səfiri ilə tanış etmişdi. Bundan bir müddət sonra Avni bəy ölkəyə satış üçün 100 ton un gətirir. Və satır da, amma ziyanla. Elə bu zaman yeni sahibkar ölkəyə bir neçə min ton, təbii ki, daha ucuz un idxal edir və yalnız Avni bəyi deyil, digərlərini də müflis edir. Beləcə, Gözəl un bazarında inhisarçı olur.

Yaxud da başqa bir misal. 90-cı illərin ortalarında Fərzəli İsgəndərov adlı bir şəxs ən aşağı qiymətlərlə Dubaydan Bakıya şəkər tozu idxal edirdi. Mal anbara çatmamış elə maşınlardan satılıb qurtarırdı. Lakin bazarda biri peyda olur ki, şəkər tozunu daha ucuz qiymətə satmağa başlayır. Fərzəli çox baş sındırır ki, əcəba, bunu necə etmək olar? Axə o, birinci əldən ən ucuz şəkər tozunu alıb gətirir. Və sonradan məlum edir ki, Gözəl dempinq siyasəti apararaq növbəti bazarı ələ keçirmək istəyir. Beləcə ölkənin bütün qida bazarını əlində cəmləşdirir.

Amma bu gün, deyəsən, inhisarçının çətin günləri başlayıb. Bir tərəfdən böhran, digər tərəfdən də islahatlar küləyi əsir. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı «İnhisarçılıq fəaliyyəti haqqında» Qanuna son düzəlişlər də bazarda şərtləri sərtləşdirməyə yönəlib. Bəli, hər cür monopoliya və oliqopoliyalar üçün yerli bazarda işləmək getdikcə daha da müşkülə çevrilir. Kartel sazişləri, rəqabət bazarından digər təchizatçıların sıxışdırılıb çıxarılması, bazarda manipulyasiyalar — bütün bunlar daha çətin başa gəlir.

Bəlkə o, doğrudan da bizim — sadə azərbaycanlıların qeydinə qalır? Amma bunu təkbaşına deyil, digər iri market şəbəkələrinin, kənd təsərrüfatı və qida sənayesi müəssisələrinin rəhbərləri ilə gücləri birləşdirərək etmək lazımdır.

Yoxsa belə çıxır ki, «Azərsun»un rəhbərini biz maraqlandırmırıq, digər şəbəkələrin rəhbərləri ilə iş görmək niyyətində deyil. Buradan isə bir nəticə çıxır: Abdolbari Gözəl yalnız öz maraqlarını güdür. İstehlakçılar və qiymətlər barədə səs-küylü bəyanatlar isə əsl məqsədləri ört-basdır etmək üçündür. İşləri yaxşı gedəndə o, hər şeydən razı idi, iqtisadiyyatda müvəqqəti çətinliklər yaranan kimi isə özü üçün güzəştləri, xahiş etmir, yox, tələb edir. Bəs yumurta avtomobil deyil, bunsuz yaşamaq mümkün deyilmiş. O eyhamla ki, «Azərsun»suz da Azərbaycan yaşaya bilməzmiş. Bəli, yerli bazarda holdinqin mövqeləri doğrudan da, güclüdür, amma Azərbaycan da müqaviməti qırmağa öyrəncəlidir. Bundan da pisi olub axı…(virtualaz.org)

Previous Post

Fövqəlgüclü Abdolbari Gözəlin iflası?

Next Post

Dollar sabitləşir

Bənzər yazılar

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

Dollar sabitləşir

Dollar sabitləşir

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.