ABŞ-ın İrana hərtərəfli hücum etməməsi müqabilində İsrailin “Rəfaha hücum planını qəbul etdiyi” iddia edilib. Təxminən 1,5 milyon məcburi köçkün fələstinli Rəfahda sığınacaq alır.
Elchi.az xəbər verir ki, İran və İsrail arasında yaşanan gərginliklə bağlı gündəm yaradan “Rifah” iddiası irəli sürülüb.
Qətər mərkəzli Əl-Ərəbi Əl-Cədidin xəbərinə görə, Misir rəsmilərinə əsaslanaraq, ABŞ və İsrail uzun müddətdir müzakirə edilən Qəzza zolağının cənubunda, Misir sərhədində yerləşən Rəfaha hücumla bağlı razılığa gəliblər.
İsrailin İranın aprelin 13-də başlatdığı hücumlara yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə cavab verəcəyi gözləntiləri davam edərkən, təxirə salındığı bildirilən Rəfaha hücum planı ilə bağlı yeni inkişaflar gündəmə gəlib.
Adı açıqlanmayan Misir rəsmisi, “Amerika rəhbərliyi İrana qarşı genişmiqyaslı hücum həyata keçirməmək müqabilində daha əvvəl işğal hökumətinin (İsrail) Rəfahdakı hərbi əməliyyatla bağlı təqdim etdiyi planı qəbul etdi” deyib.
Rəsmilər qeyd ediblər ki, Misir hökuməti də Rəfaha planlaşdırılan hücumun mümkün nəticələrinin öhdəsindən gəlmək üçün hazırlıq görür.
Rəfaha hücum planını dəfələrlə təsdiqləyən İsrailin baş naziri Benyamin Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.
Digər tərəfdən İsrail dövlət televiziyası KAN-ın 14 aprel tarixli xəbərində Netanyahunun tarixinin məlum olduğunu açıqladığı Rəfaha hücum planının “ertələndiyi” iddiası yer alıb.
İsrailin quru işğalından əvvəl bölgəyə sığınanları çıxarmaq üçün iki həftə ərzində Rəfah yaxınlığında 10 min çadır qurmağı planlaşdırdığı da iddia edilib.
30 min əlavə çadırın satınalma mərhələsində olduğu və onların daha sonra həmin ərazidə quraşdırılacağı qeyd edilib.
Şayəstə Hüseynova