Finlandiya Xarici İşlər Nazirliyi strukturunda dəyişiklik edir. Bu dəyişikliklərlə Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya departamentləri ləğv ediləcək. Bütün bunlar hökumətin mesajından aydın olur.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Mesajda bildirilir ki, Asiya və Okeaniya Departamenti Rusiya ilə bağlı məsələlərlə məşğul olacaq. Xarici İşlər Nazirliyinin ümumilikdə üç departamenti olacaq: Avro-Atlantika Departamenti, Asiya və Okeaniya Departamenti, Afrika, Yaxın Şərq və Latın Amerikası Departamenti.
“İslahatlar sayəsində Xarici İşlər Nazirliyi mövcud geosiyasi reallığı və xarici siyasi hadisələri əks etdirməyə başlayacaq. Eyni zamanda, biz iş üsullarını təkmilləşdiririk və əməkdaşlıq mədəniyyətini gücləndiririk”, – deyə Xarici İşlərin Dövlət Katibi Jukka Salovaara bildirib.
Yeganə