Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəklərini açıqlayıb.
Elchi.az-ın Finlandiya STT xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını cəzalandırıla bilən cinayət kimi qiymətləndirəcək.
Müvafiq olaraq, müqəddəs kitabların təhqir edilməsinə də eyni cür yanaşılacaq.
Finlandiya qanunvericiliyinin digər Skandinaviya ölkələrindən fərqli olaraq dini sülhü qoruduğu və onun pozulmasının cəzalandırıla biləcəyi bildirilib.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda İsveçdəki Stokholm səfirliyi qarşısında Qurani-Kərimi yandırıb və etiraz aksiyası zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.
Paludan daha sonra növbəti dəfə yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
Yeganə