Finlandiya sərhədçiləri rusiyalı həmkarları ilə əlaqələri davam etdirirlər. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin kommunikasiyalar departamentinin mütəxəssisi Henrikka Ahtiainen-in açıqlamasında sərhəddəki vəziyyət məlum olub.
“Finlandiya və Rusiya sərhəd orqanları arasında müntəzəm əlaqə həmişə olduğu kimi davam edir” – deyə Ahtiainen Finlandiya və Rusiya hökumətləri arasında sərhədi keçən üçüncü ölkələrdən olan miqrantlarla bağlı problemlərə görə mümkün əlaqə barədə suala cavab verib.
Eyni zamanda, Finlandiya Xarici İşlər Nazirliyi iddia edir ki, Rusiya üçüncü ölkə vətəndaşlarından hibrid təsir aləti kimi istifadə edərək, ölkəyə hücum edib. Nazirlik Rusiya hakimiyyətini bu cür hərəkətləri dayandırmağa çağırıb.
Havar Şəfiyeva