Finlandiya Xarici İşlər Nazirliyi Rusiyadan Helsinki və Moskva arasında Vuoksi çayı su elektrik stansiyası (SES) ilə bağlı enerji müqaviləsinin iki maddəsinin ləğvi ilə bağlı nota alıb.
Elchi.az xəbər verir ki, bu barədə “Yle” yayım şirkəti məlumat yayıb.
Bu ilin noyabrında Rusiyanın baş naziri Mixail Mişustin Vuoksa çayının bir hissəsinin enerjidən istifadəsinə dair sazişin iki müddəasını dayandırıb. O, Rusiya Xarici İşlər Nazirliyinə Finlandiyanın Rusiyadan elektrik enerjisini almaqdan imtina etməsi ilə əlaqədar Helsinkiyə bildiriş verməyi tapşırıb ki, Moskva artıq kompensasiya enerjisi vermək öhdəliyi daşımır.
Məryəm





















