Filippinlərin cənub-şərqində, Bakulin sahillərində 6.4 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippinin cənub-şərq sahillərində zəlzələ baş verdiyini açıqlayıb.
6.4 bal gücündə qeydə alınan zəlzələnin episentri Bakulindən təxminən 16 kilometr şərqdə yerləşib.
Təxminən 35 kilometr dərinlikdə baş verən zəlzələ hələlik heç bir tələfat və ya dağıntı ilə nəticələnməyib və sunami xəbərdarlığı verilməyib.
Dünyanın ən çox seysmik aktivliyə malik ölkələrindən biri olan Filippin, Zəlzələ Qurşağı kimi də tanınan Sakit Okean Alov Halqasında yerləşir.
Şayəstə





















