Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Onun məlumatına görə, zəlzələnin episentri təxminən 105 min nəfər əhalisi olan Mati şəhərindən (Mindanao adası) 66 km cənub-şərqdə yerləşib. Episentr 72 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Məryəm





















