İsveç Türkiyənin şərtlərini yerinə yetirəcəkmi? Bu sual öz cavabını gözləyərkən İsveçin rəsmi xəbər agentliyindən diqqətçəkən bir xəbər gəldi. İsveç Ali Məhkəməsinin FETÖ istintaqında qaçan şübhəli Bülent Keneşin Türkiyəyə ekstradisiyasını müzakirə edəcəyi açıqlanıb. Terrorçunun ekstradisiyasına 2023-cü ilin əvvəlində qərar veriləcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, bu barədə İsveçin rəsmi xəbər agentliyi TT FETÖ üzvü Bülent Keneşin Türkiyəyə ekstradisiyası ilə bağlı inkişafı açıqlayıb.
O, FETÖ-cü fərari Keneşin ekstradisiya qərarının çox qısa müddətdə İsveç Ali Məhkəməsində müzakirə edilərək qərar veriləcəyini bildirib. Qərarın 2023-cü ilin əvvəlində veriləcəyi gözlənilir.
Şayəstə