Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsini dəyərləndirib. O, Türkiyəyə KKTC-yə verdiyi dəstəyə görə təşəkkür edib.
Elchi.az xəbər verir ki, KKTC prezidenti Tatar ölkəsinin beynəlxalq təşkilatda ilk dəfə olaraq konstitusiya adı ilə müəyyən edildiyinə diqqət çəkib.
Prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğluna və Türk Dövlətləri Təşkilatına təşəkkür edib.
Tatar, “Türk Dövlətləri Təşkilatında qazandığımız statusla bütün xalqımızı və böyük Türk Millətini təbrik edirəm” dedi.
KKTC-nin beynəlxalq aləmdə tanınması üçün mübarizəni davam etdirəcəklərinin vurğulayan Tatar, “Bu müsbət inkişafdan daha da ruhlanaraq, ləyaqətlə mübarizəmizi sürəti azaltmadan davam etdirəcəyik” dedi.
Şayəstə