"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əsgər Aytmatov “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

31 Yanvar 2024 - 17:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Qırğızıstanın keçmiş xarici işlər naziri, “Çingiz Aytmatov adına İssık-Kul Forumu”nun prezidenti, “Azərbaycanın qırğız dostları” klubunun prezidenti, Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatov “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub.

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasında təşkil edilən rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimində mükafatı Əsgər Aytmatova “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.
Jurnalın Redaksiya Şurasının qərarı ilə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeninin Əsgər Aytmatova Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verildiyini deyən Emil Nəsirli qardaş Qırğız xalqının hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib.
Baş redaktor Emil Nəsirli “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunan müəllifi olduğu “Heydər Əliyev. Həyatının 100 anı” kitabının rus dili nüsxəsini Əsgər Aytmatova hədiyyə edib. Emil Nəsirli qeyd edib ki, Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənəlrə malikdirlər. Bundan başqa bu xalqlar dil və din eyniliyi də birləşdirir.
Sonra Emil Nəsirli bildirib ki, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır.
Görüşdə Emil Nəsirli onu da vurğulayıb ki, Azərbaycanın suverenliyinin bərpası, ilk dəfə ölkənin hər yerində seçki keçirilməsi imkanı və ötən il prezident kimi möhtərəm Prezident cənab İlham Əliyevin fəaliyyətinin 20 ilinin tamam olması ilə əlaqədar ölkəmizdə fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcəkdir.
Çıxışının sonunda Emil Nəsirli deyib: “Fürsətdən istifadə edərək Qırğızıstanda yaşayan bütün soydaşlarımızı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə uğurlu davamçısı, ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində xalqımıza Qarabağ Zəfəri qazandiraraq adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıram!”.
Sonra Azərbaycanla Qırğızıstan arasında bərqərar olan yüksək səviyyəli siyasi dialoqun olduğunu bəyan edən baş redaktor Emil Nəsirli onu da əlavə edib ki, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir.
Çingiz Aytmatovun yaradıcılığından danışan Emil Nəsirli bildirib ki, hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları oxucularının, həm də regiondan kənarda yerləşən türkdilli ölkələrin oxucularının xüsusi diqqət mərkəzində olmuşdur. Xüsusilə bu, Azərbaycana və Türkiyəyə aiddir.
Emil Nəsirli onu da əlavə edib ki, 2008-ci ildə Qırğızıstan Respublikasında “Çingiz Aytmatov ili” elan olunmuşdu. Qırğızıstan və Azərbaycan xalqlarının dostluğu əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda “Çingiz Aytmatov ili”nə həsr edilmiş rəsmi tədbirlər keçirilmişdi. Həmin tarixlərdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunmuşdu. Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Şübhəsiz ki, bu yaddaqalan görüşün bizim üçün ən unudulmaz nəticəsi Çingiz Aytmatovun Prezident İlham Əliyev tərəfindən “Dostluq” Ordeni ilə təltif edilməsi oldu.

Tədbirdə Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev çıxış edərək ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin fasiləsiz inkişafından və mədəni əlaqələrin möhkəmlənməsindən söz açıb. Səfir Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci vətəni saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini vurğulayıb. Çıxışında Çingiz Aytmatovun ictimai-siyasi, diplomatik fəaliyyəti barədə də danışıb. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı və qarşılıqlı əlaqəni təşviq edən Çingiz Aytmatov ölkəsini xaricdə layiqincə təmsil edib.
Səfir Kayrat Osmonaliyev onu da vurğulayıb ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni, idman və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu əlaqələrin inkişafında Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Əsgər Aytmatovun da müstəsna xidmətlərini yüksək qiymətləndirən Kayrat Osmonaliyev bildirib ki, atası – türk dünyasının dahi şəxsiyyəti Çingiz Aytmatovun təməlini qoyduğu Azərbaycan-Qırğızıstan dostluq və qardaşlıq əlaqələrinin inkişafını bu gün uğurla davam etdirən Əsgər Aytmatovun “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Dostu” qızıl Ordeninə layiq görülməsi ona verilən ən layiqli qiymətin göstəricisidir.

Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Əsgər Aytmatov da öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə onu bu mükafata layiq gördüklərinə görə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Əsgər Aytmatov da atası Çingiz Aytmatovun Azərbaycana böyük sevgi bəslədiyini bildirib. Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladıb. Ə.Aytmatov deyib ki, ölkəmizə dəfələrlə səfər etmiş Çingiz Aytmatov Azərbaycan xalqı, onun mədəniyyəti haqqında dəyərli fikirlər söyləmişdir. Azərbaycan xalqı da öz növbəsində Çingiz Aytmatova çox yaxın və əziz yazıçı kimi baxaraq, onun yaradıcılığına böyük diqqət və rəğbət bəsləyir. O, əlavə edib ki, münasibətlərimizdəki canlanma rəsmi Bakının Qırğızıstandan çoxdan gözlədiyi mühüm siqnaldan sonra başladı ki, bu da ölkəmizin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması və ölkənizin ərazi bütövlüyünün bərpası istiqamətində səyləri dəstəkləməsindən ibarətdir. Qırğızıstanın vətəndaş cəmiyyətinin mövqeyi də bunda öz rolunu oynadı: Qarabağda hərbi əməliyyatların qızğın vaxtında Bişkekdə “Azərbaycanın qırğız dostları” klubu yaradıldı, təsis konfransında Azərbaycan ordusuna və onun Ali Baş komandanına tam dəstək ifadə edildi.
“Əminəm ki, Türk Dövlətləri Təşkilatında (TDT) artan əməkdaşlıq çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialımız var” deyə Ə.Aytmatov bildirdi.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana, Qırğızıstan Prezident Sadır Japarovun Azərbaycana səfərlərinin, həmin görüşlərdə qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratması barədə geniş fikir mübadiləsi aparılıb.

Previous Post

Əsgər Aytmatov “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Next Post

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Next Post
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.