"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Ermənistanın başına qapaz vurulacaq”

03 Avqust 2022 - 18:15
in SİYASƏT
FacebookVatsap

Ermənistan rəsmiləri Azərbaycanla sülhdən dəm vursalar da, işğala 2 ildir son qoyulsa da, Minsk Qrupu sevdasından əl çəkmirlər. Hər vəchlə köhnə, yalnız ermənilərin işinə yaramış bir formatın bərpasına çalışırlar.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bugünlərdə İrəvanda BMT Baş Məclisinin sədri Abdullah Şahidlə görüşüb. Rəsmi İrəvanın yaydığı məlumatdan aydın olur ki, görüşdə “regional təhlükəsizliklə bağlı məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə edilib”.

Mirzoyan bu görüşdə də bildirib ki, “ATƏT-in Minsk Qrupu üçlüyü Qarabağ probleminin həllində yeganə formatdır”.

Onun iddiasına görə, “Minsk Qrupu Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi ilə məşğul ola biləcək beynəlxalq mandata sahib yeganə formatdır”.

Eyni fikri o, bir gün qabaq Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə bəyan edib. Ancaq Minsk Qrupu varsa, 10 noyabr kapitulyasiya sənədi yoxdur! Köhnə status-kvo artıq yoxdur. Minsk Qrupu artıq tarixdir, keçmişdir. Rusiya da məhz həmin üçtərəfli sənəd əsasında özünün hərbi kontingentini legitim əsasda, yəni Azərbaycanın razılığı ilə ərazimizdə – Qarabağda yerləşdirib. Demək, əslində hayların hədəfi 10 noyabr aktını arxa plana keçirmək, onun əhəmiyyətini azaltmaqdır. Özü də Ermənistanda getdikcə fəaliyyəti güclənən ABŞ-ın diktəsi ilə. İrəvanın həm də vaxtı uzatmağa hesablanmış bu cür hiyləgər “iki stul” siyasəti hara kimi gedə bilər?

İlyas Hüseynov: “Ermənistanın istəkləri ilə regional proseslər həll olunmur”

Politoloq İlyas Hüseynov bu cəhdlərin uğur qazanmayacağını qeyd etdi: “Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın regional sülh və təhlükəsizlik istiqamətində müsbət mesajları qeydə alınsa da, erməni xisləti sülh ilə bağlı planlardan daha üstün görünür. Regional əməkdaşlıq və sülhlə bağlı Ermənistanın təklif etdiyi sənəddə ”status” və “ATƏT-in Minsk Qrupu” mövzusunun yenidən dövriyyəyə salınması cəhdləri mövcuddur. Lakin hər iki mövzu rəsmi Bakı tərəfindən böyük neqativlə qarşılanır. Eyni zamanda yeni geosiyasi reallıqlar tamamilə başqa mövzuları diktə edir. Lakin Ermənistan Minsk Qrupu sevdasından əl çəkmək istəmir. Minsk Qrupunun mandatı ləğv olunmasa da düşünürəm ki, Avropa İttifaqının sülhlə bağlı təşəbbüsləri Minsk Qrupunu artıqlaması ilə əvəzləyir. Çünki burada siyasi, iqtisadi və humanitar məsələlər müzakirə olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tiflisdə görüşəndən sonra yenidən Minsk Qrupu mövzusunu aktuallaşdırmağa çalışır. 10 noyabr kapitulyasiya aktının imzalanmasından sonra ölümcül döyülən, hazırda Ermənistanın baş diplomatı funksiyasını icra edən Ararat Mirzoyan BMT Baş Məclisinin sədri Abdullah Şahid və Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə keçirdiyi görüşlərdə Minsk Qrupunu “diriltməyin” vacibliyini vurğulayıb. Lakin hazırda Ermənistanın istəkləri ilə regional proseslər həll olunmur və rəsmi İrəvan geosiyasi subyektliyini itirib. Müxtəlif reveranslar etmək cəhdlərinin də qarşısı uğurla alınır. Buna görə də “ATƏT-in Minsk Qrupu” institutu uğursuzluqla nəticələnib və heç bir gələcəyi yoxdur”.

Kənan Novruzov: “Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyi ağlabatan deyil”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da fərqli düşünmür: “Əlbəttə, Minsk Qrupunun ”reanimasiyadan çıxması” bəlkə də Ermənistanın maraqlarına uyğundur. Doğrudur, İrəvan Moskvadan canını qurtarmaq istəyir. Lakin Minsk Qrupunun fəaliyyətini bərpa etməsi baş nazir Nikol Paşinyan üçün vaxt udmaq deməkdir. Son zamanlar həm ABŞ, həm də Ermənistan rəsmilərindən oxşar bəyanatlar səslənir. Amma Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyi ağlabatan deyil. Birincisi, ona görə ki, bu kitab artıq bizim üçün bağlanıb. Maraqlarımızın təmin edilməsi üçün daha 30 il gözləmək fikrimiz yoxdur. İkincisi, beynəlxalq ictimaiyyət də başa düşür ki, “eyni filmə ikinci dəfə baxmaq maraqsız olur”. Üçüncüsü, Rusiya ilə ABŞ arasında gərginləşən münasibətlər onların eyni platformada yer almasına imkan verməz. Minsk Qrupunu xatırladan formatın yaranması – Rusiya, ABŞ və Fransadan Ermənistanla Azərbaycan arasında xüsusi nümayəndələrin təyin olunması mümkündür. Hərçənd bu da bizim maraqlarımıza uyğun deyil. Dediyim kimi, İrəvan vaxt qazanmaq istəyir. Lakin bu o demək deyil, Ermənistan sərhədlərin müəyyənləşməsindən, münasibətlərin normallaşmasından boyun qaçırır. Əksinə, Paşinyan hakimiyyətinin getdikcə daha konstruktiv mövqe sərgilədiyi açıq-aydındır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünlərdə dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və təklif edilən 5 bəndlik sənədi məqbul hesab edirik. Çünki başqa yolları da yoxdur. Bundan sonra çalışmaq lazımdır ki, proseslər ikitərəfli formatda vasitəçisiz həll olunsun. Üçüncü “oyunçu”nun “meydana daxil olmasına” imkan vermək olmaz. Türkiyə istisna olmaqla, digər bütün aktorlar bu prosesə ya zərbə vuracaq, ya da tormozladacaq”.

Niyaməddin Orduxanlı: “Ermənistanın başına qapaz vurulacaq”

BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı ermənilərin heç nəyə nail olmayacağını bildirdi: “Ermənistan məqsədli şəkildə Azərbaycanla sülh sazişinin imzalanmasını uzadır. Paşinyan rejimi hesab edir ki, indiki vəziyyətdə Azərbaycanla sülh sazişini yubatmaqla daha əlverişli vəziyyət yaranar. İndiki vəziyyətdə sülhə getmək Ermənistanın maraqlarına cavab vermir. Bu səbəbdən də erməni rəsmiləri hər cür bəyanatlar verirlər. Ermənilər iddia edir ki, Minsk Qrupu varsa, 10 noyabr kapitulasiya aktı yoxdur. Ancaq hər kəsə bəllidir ki, Minks Qrupu heç nəyə yaramır və artıq 2 ildir ki, formal olaraq qalır. Bunu bizim Prezidentimiz cənab İlham Əliyev də rəsmi şəkildə bəyan edib. Ancaq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Məclisinin sədri Abdullah Şahidlə görüşdə bildirib ki, ”ATƏT-in Minsk Qrupu üçlüyü Qarabağ probleminin həllində yeganə formatıdır”. Ermənilər saman çöpündən də yapşırlar. Azərbaycan üçün isə bir prinsip var: Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalı və Azərbaycanın ərazisi olan Qarabağda bir erməni əlisilahlı terrorçusu qalmamalıdır. Biz bunu 10 noyabr bəyannaməsində də açıq şəkildə yazdırmışıq. Və buna da həm Rusiya, həm də Ermənistan imza atıb. 2 il zaman keçib. Hələ ki bəyannamənin bir sıra bəndləri yerinə yetirilmir. Bu proses uzun müddət davam edə bilməz. Biz istənilən zaman antirerror əməliyyatını başlaya bilərik. Beynəlxalq hüququn verdiyi imkanlar da biz tərəfdədir. Həmçinin də son zamanlar cəmiyyətin də sifarişi var. Ermənilərin nazı ilə çox oynamayacağıq. 30 il vaxt vermişik. Artıq yetər. Ermənilər heç bir halda 10 noyabr kapitulyasiya aktından qaça bilməz. Heç bir status-kvodan da söhbət gedə bilməz. Minsk Qrupu artıq tarixdir, keçmişdir. Rusiya da bizim müttəfiqimizdir. Biz həmin üçtərəfli sənəd əsasında Rusiyanın hərbi kontingentini legitim əsasda, yəni Azərbaycanın razılığı ilə ərazimizdə – Qarabağda yerləşdirmişik. Rusiya görməlidir ki, Ermənistan boyun qaçırır. Daha çox Qərbin maraqlarından çıxış edir. Tezliklə Azərbaycan ərazisindən qoşunlarını çıxarmalıdır. Əks halda, Ermənistanın başına qapaz vurulacaq. Dəmir yumruğa növbəti dəfə ehtiyac olmayacaq”.





Previous Post

“Ermənistanın başına qapaz vurulacaq”

Next Post

Laçında döyüşlər… – MN-dən açıqlama

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Bakıdan İrəvana xəbərdarlıq: Arşakın Xankəndiyə “səfəri”…

Laçında döyüşlər… - MN-dən açıqlama

Bakıdan İrəvana xəbərdarlıq: Arşakın Xankəndiyə “səfəri”…

Laçında döyüşlər… - MN-dən açıqlama

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.