"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ermənilərin türklərə qarşı soyqırım siyasəti

17 Fevral 2016 - 10:18
in MÖVQE
FacebookVatsap
Ermənilər, tarix boyu dünyayı aldatmaqda ən mahir millət kimi qəbul edilə bilər. Ona görə ki, kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq qabiliyyətinə malikdirlər. Türklərin uğradığı haqsızlıq və ədalətsizliklər ermənilər tərəfindən əksinə təbliğ edilmiş və edilməkdədir. Türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı, onlara edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edə bilmişlər. Xocalı soyqırımından ona görə bəhs edirik ki, ən azından əlimizdə video materiallar mövcuddur və xarici jurnalistlər də bunun canlı şahidləridir, xarici ölkə qaynaqlarında da belə materiallar kifayət qədərdir. Halbuki, ermənilər Xocalı soyqırımındakı materialları da 1915-ci ildə onlara qarşı edilən soyqırım kimi nümayiş etdirməkdən çəkinməmişlər. Bu cür propoqanda həyata keçirməkdə ermənilər çox təcrübəlidirlər. Bu ədalətsizlik təkcə Anadolu türklərinə yox, Azərbaycan türkləri və türk dünyasına qarşı da planlı şəkildə həyata keçirilmişdir və davam etməkdədir.

Osmanlı imperiyası ermənilərə qonqpərvərlik göstərdi, onları İmperiyanın idarəçiliyində ən üst səviyyədə vəzifələrə təyin etdi. Həm ordu, həm siyasət, həm ticarət, eləcə də digər sahələrdə. Ancaq, Osmanlının ağır və çətin anında ermənilər onlara arxadan zərbə vurdu. Azərbaycan da ermənilərə eyni qonaqpərvərliyi göstərərək, tarixi İrəvanımızı müəyyən şərtlərlə, 1918-ci ildə Batum müqaviləsindəki 5 nömrəli protokolla, ermənilərə verərək, indiki Ermənistan dövlətinin yaradılmasına imza atmış oldu. Qarabağda ermənilərin yerləşməsinə şərait yaratdı. Ermənilər Anadoluda etdikləri soyqırımı Azərbaycanda da həyata keçirdi. XX əsrin əvvəllərində Anadoludakı Zeve soyqırımında böyük bir qəsəbənin sakinlərinin hamısını xəncərlə doğrayaraq öldürdükləri kimi, Xocalıda da həmin əsrin sonunda eyni soyqırımı törətdilər.Dəyişməyən bir şey,eynilə təkrar edilirdi. Ruslar bu dəfə də ermənilərlə bir yerdə idi və səbəbsiz deyildi.
GEAD-ın (Gənclərin elmi araşdırmalarına dəstək ictimai birliyi) Azərbaycanlıların soyqırımı arxiv sənədlərindəki, Aydın Qasımovun konfrans materiallarına əsasən deyə bilərik ki, yuxarıda bəhs etdiyimiz səbəb I Pyotrun planları əsasında idi.
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatin narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur- olsun, Gilanda, Mazandaranda, İrəvanda, Bakı və Dərbənddə ermənilərin yerləşməsini vacib sayırdı.Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. Həmin tarixdən Xocalı soyqırımınadək dəfələrlə soyqırım siyasəti həyata keçirildi. 1768-ci ildə II Yekaterinanın erməniləri himayə etməsi barədə əmri də erməniləri alət kimi istifadə siyasətinin davamı idi. Təkcə 1700-cü ildə İrəvanda cəmi 27 nəfər erməninin olması faktı çox şeyləri ortaya qoyur. Aradan 100 il keçdikdən sonra 1801-ci ildə Ruslar Lori-Pəmbək bölgəsini ələ keçirir və İrəvan və ətrafındakı yaşayış məskənlərinə erməniləri köçürür. Məqsəd ondan ibarət idi ki, burada ermənilərin yaşaması dünya arxivlərinə düşsün.Belə də edilir. Ermənipərəst rus generalı Sisyanovun arxivdəki məktubundan da bəllidir ki, həmin zaman əhali sayımında ermənilərin sayı cəmi 1 %-dir. Türklərin sayı isə, 90 %-dən çoxdur. Silah gücünə,soyqırım hesabına, qanlar bahasına işğal edilmiş Azərbaycan torpaqlarında erməni amili əvvəlcə çar Rusiyasının, sonralar isə SSRİ-nin yardımları ilə əvvəlcə İrəvan Quberniyası, Şərur-Dərələyəz, Göyçə mahalları, sonralar isə Dağlıq Qarabağ vilayətində etibarlı etno-sosyal baza yarada bilmişdir. ”Türksüz Ermənistan” planı Pyotrun strategiyasında müstəsna yer tutmuşdur və Xocalı soyqırımı da bu siyasi məqsədlə törədilmişdir. ” Türksüz Ermənistan” planı I Nikolayın 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti” yaradılması haqqında əmrin imzalanması, İrəvanın da bu əyalətin tərkibinə daxil edilməsiylə davam etmişdir. Erməni terror təşkilatları bütün illərdə bu siyasi məqsədin həyata keçirilməsində türklərə qarşı şiddət və soyqırımı həyata keçirmişdir. I Dünya müharibəsinədək Osmanlı ərazisində 3 milyon türk ermənilər tərəfindən soyqırıma məruz qalmış, 1905-1906, 1918- 1920, 1948-1953, 1988-1989- cu illərdə də ermənilər Azərbaycanda soyqırımlar həyata keçirmiş, Xocalı soyqırımı isə XX əsrin ən sonuncu soyqırımı kimi tarixin yaddaşında həkk olunmuşdur.
1988 – 1989-cu illərdən başlayaraq, Beynəlxalq hüququn 2-ci maddəsinin 4-cü bəndi ermənilər tərəfindən kobudcasına pozulmuş, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olmuş, 1 milyonadək vətəndaş doğma yurdundan didərgin düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri kimi tarixin yaddaşına keçmişdir. Ancaq bu dəfə də Xocalıya pənah gətirmiş Qərbi Azərbaycanlılar soyqırımdan qurtula bilmədi, çoxu qeydiyyatda olmadıqları üçün, soyqırıma uğrayanlar arasında sadəcə yerli Xocalı sakinləri yer almış oldular. Erməni soyqırımı nəticəsində Xocalıda 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirdilər. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülmüşdür. 100-lərlə insanın taleyi bu gün də məlum deyil. Ermənilərin həmin insanların orqanlarını sataraq gəlir əldə etməsi haqqında kifayət qədər materiallara rast gəlinsə də, Xocalı soyqırımının təşkilatçıları arasında yer alan R.Köçəryan, S.Sərkisyan kimi canilər Ermənistan Respublikasına rəhbərlik etsələr də, canilər cəzasız olaraq qalmaqdadır. Rusiya Federasiyasının prezidenti B.Yeltsinin 1992-ci il fevralın 19-da Xocalıya hücum haqqında göstəriş verməsi, həmin il martın 12-də Moskva KİV-nə Xocalı faciəsini işıqlandırmamaq barədə xəbərdarlıq etməsi də təsadüfi deyildi.
Xocalı faciəsinin iştirakçısı erməni müəllifi Daud Xeyriyanın söylədikləri insanı dəhşətə gətirir:” Qaflan erməni qrupu 100-lərlə azərbaycanlını yandırarkən sonuncu maşında 10 yaşlı qız uşağı əlləri və ağzından yaralanmış, aclığa və soyuğa baxmayaraq, hələ sağ idi. Tiqranyan adlı əsgər bu taqətsiz qızı götürdü və yandırılan meyitlərin üstünə atdı”. Burada erməni atalar sözü özünü necə də doğruldur. “ Dünyada bir erməni az, ikisi isə çoxdur!”

Bunu da oxuyun

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Pərviz Səmədov

Previous Post

Ermənilərin türklərə qarşı soyqırım siyasəti

Next Post

Azərbaycanın xaricə olan borcu nə qədərdir?

Bənzər yazılar

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

03 İyun 2026 - 11:00

ABŞ Dövlət Katibi Marko Rubio dedi: "İsrailin Qəzzanın 70%-ni işğal etmək planı Prezident Donald Trampın 20 maddəlik sülh planının bir...

ÜST: Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa davam edir

ÜST: Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa davam edir

03 İyun 2026 - 10:51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Livanda səhiyyə sektoruna hücumlar insan həyatına son qoymağa və...

Next Post

Azərbaycanın xaricə olan borcu nə qədərdir?

Azərbaycanın xaricə olan borcu nə qədərdir?

Son xəbərlər

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.