"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ermənistanın sabiq baş naziri: “Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır…”

31 Oktyabr 2015 - 11:47
in aktual-banner, Banner, MANŞET, ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT, XƏBƏR LENTİ
FacebookVatsap
Nüfuzlu rusiyalı ekspertdən sensasion Qarabağ iddiası
Nüfuzlu rusiyalı ekspertdən sensasion Qarabağ iddiası

“Avrasiya Birliyinə qoşulmağın qarşılığında Moskva Bakıya işğaldakı rayonları qaytarmağı təklif edəcək, amma…” Ermənistanın sabiq baş naziri: “Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır…”

Bunu da oxuyun

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Prezident bu dəyişiklikləri təsdiqlədi

Siyasi həqiqətləri gizlədən suallar

 
Bakı-Moskva münasibətləri son vaxtlar sanki “ikinci nəfəs” dövrünü yaşayır. Bunu öncəliklə Rusiya rəsmiləri və ictimai-siyasi xadimlərinin dilindən Azərbaycanın ünvanına səslənən xoşməramlı açıqlamalar və jestlərin çoxalmasından sezmək mümkündür. 
Lakin əksər təhlilçilərə görə, ikitərəfli münasibətlərdəki səmimiliyin əsas lakmus kağızı Qarabağ məsələsinin həll perspektivi və Azərbaycanın “Putin birliyinə” qoşulması məsələsi olaraq qalır. Bəs əlaqələrin istiləşməsi bu iki istiqamətdə hansısa konkret nəticələrə gətirə bilərmi?
***
“Rusiyanın müasir siyasəti saxlanacağı təqdirdə postsovet məkanındakı münaqişələrin heç biri həllini tapmayacaq”. Bu sözləri minval.az saytına müsahibəsində tanınmış rusiyalı politoloq və ictimai xadim, Kremlin daxili və xarici siyasətinin sərt tənqidçilərindən sayılan Andrey Piontkovski bildirib.  
“MDB: tarixin başlanğıcı və sonu” məşhur məruzəni yada salmaq yetər. Əslində 1998-ci ildə Konstantin Zatulin (ermənipərəst kimi tanınır – red.) və Andranik Miqranyan tərəfindən yazılan bu anonim sənəd illərdir Kremldə rəhbər tutulur. Üstəlik, açıq bildirilib ki, Rusiya qonşularının ərazisindəki konfliktlərin hamısında maraqlıdır və yeri gələndə onları süni şəkildə qızışdırır. Məsələn, Rusiya Qarabağ münaqişəsi hesabına həm Bakıya, həm də İrəvana nəzarət edir, bu yolla da hər iki tərəf Rusiyadan asılı duruma düşür. Öz növbəsində Moskva bu iki Cənubi Qafqaz respublikasının xarici siyasətini müəyyən eləmək və onların daxilindəki siyasi proseslərə təsir eləmək imkanı əldə edir” – deyib politoloq.
Onun sözlərinə görə, Rusiyaya bu konflikti yoluna qoymaq yox, onun tüstülənən vəziyyətdə saxlamaq sərf edir: “Münaqişə Moskva tərəfindən idarə edilir, təmas xəttində situasiya vaxtaşırı gərginləşir, geniş miqyaslı hərbi əməliyyatların başlanması həddinə çatır. Konfliktin hazırkı eskalasiyası fonunda isə Kreml Azərbaycandakı mövqelərini əhəmiyyətli şəkildə gücləndirib. Ermənistan haqda isə danışmağa belə dəymir. Bu ölkə özünü çoxdan geosiyasi küncə soxub və bütünlüklə Rusiyadan asılıdır. Bunun ən parlaq təzahürü kimi, Moskvanın İrəvana Avropa Birliyi ilə Assosiasiya sənədini imzalamağı yasaqlamasını göstərmək olar”.
Ekspert daha sonra Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsi dövrünün Bakı-Vaşinqton münasibətlərinin kəskinləşməsi ilə üst-üstə düşdüyünə diqqət çəkərək deyib: “Görünür, Rusiya elə buna da can atırmış. Bu gün Moskva Bakı və İrəvanı idarə etməyin elə bir arzuolunan  səviyyəsinə nail olub ki, artıq təmas xəttinə Rusiya sülhməramlılarının yeridilməsi məsələsi qaldırılır. Bu, ümumiyyətlə, Moskva üçün konfliktin əbədilik dondurulmasına imkan verən ideal bir ssenaridir. Kreml Azərbaycan hakimiyyətinin elə bir zəif yerini tapıb ki, ondan həmişə yararlana bilər. Söhbət avtoritarizmdən gedir – hansını ki, AVB və Qərb ən azından ritorik səviyyədə məhkum edir. Bu isə Bakını qıcıqlandırır. Moskva isə Azərbaycana münasibətdə belə tənqidləri özünə rəva bilmir. Bu yanaşma da Qərbin təzyiqləri fonunda Bakı və Moskvanı yaxınlaşdırır. Kreml situasiyadan effektli istifadə edir və bundan sonra da edəcək”.
***
Belə bir durumda Qarabağ ixtilafının həll mümkünlüyü ilə bağlı sualı cavablandıran analitik bildirib: “Konfliktin nizamlanması ətrafında durğunluq ondan xəbər verir ki, o, uzunmüddətli donma mərhələsinə daxil olmaqdadır. Bu da ola bilsin, erməni tərəfini qane edir, lakin Azərbaycan üçün qeyri-məqbuldur”.
 
“Bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olarsa, Kreml bunun qarşılığında Qarabağ münaqişəsini onun xeyrinə həll edə və Qərb o halda Azərbaycan uğrunda mübarizəyə girişə bilərmi” sualına ekspertin reaksiyası belə olub: “Əvvəla, Qərb nə Azərbaycan, nə Ermənistan, nə də başqa kiminsə uğrunda mübarizəyə girişəsi olmayacaq. Bunun əyani təzahürünü ABŞ-ın Suriya konfliktinə münasibətindən görmək olar. Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının plyuslarına gəlincə, qeyd eləmək olar ki, onlar – yoxdur.
Çünki Avrasiya İttifaqı adlı siyasi konstruksiya iqtisadi məsələlərin həlli üçün yox, Moskvanın imperiya şöhrətpərəstliyi üçün yaradılıb… Ola bilsin, İttifaqa qoşulmağın mükafatı kimi Rusiya Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini və ora sülhməramlı qüvvələrin yeridilməsini təklif eləsin. Bununla da Kreml Dağlıq Qarabağın Ermənistana məxsusluğunun faktiki, qarantına çevrilmiş olacaq. Moskva bundan artığını Bakıya təklif edə bilməyəcək və istəməyəcək”.
***
Bu arada Ermənistanın sabiq baş naziri Qrant Baqratyan mövzuya dəxli olan və kifayət qədər diqqəçəkici açıqlama verib. Müxalifətyönlü Lragir.am-ın yazdığına görə, Baqratyan bildirib ki, Ermənistanda gözlənilən konstitusiya islahatları məhz “4-5 rayonu Azərbaycana qaytarmaq üçün” düşünülüb.
 
 
Baqratyan faktiki, bəyan edib ki, Sərksiyan təkbaşına Qarabağı verə bilmədiyi üçün konstitusiyanı dəyişmək qərarı verilib ki, Qarabağ məsələsi referenduma çıxarılsın. “Hazırda regionda sülhün bərqərar olunması üçün hamı rayonların təhvil verilməsini tələb edir, ona görə də hamı konstitusiya islahatlarından razıdır” – əlavə edib eks-baş nazir.
“Bu – çox ciddi tezisdir, ələlxüsus da o zaman ki, heç kəs istisna eləmir ki, Qarabağ məsələsi həqiqətın yetişib və mürəkkəb qərarlar qəbul eləmək lazım gələcək. Belə bir qərar Domokl qılıncı kimi hər üç erməni prezidentinin başı üstündə asılıb. Levon Ter-Petrosyan ondan istefaya getməklə canını qurtardı, Robert Köçəryan Ki-Uestdə az qala onu qəbul edəcəkdi. İndi isə növbə Serj Sərksinındır. Sərkisyan da yəqin fərqindədir ki, məsələni çox uzatmaq mümkün deyil” – qeyd edib nəşrin şərhçisi.
***
Bunun belə olub-olmayacağı böyük ehtimalla, Ermənistanda konstitusiya islahatları ilə bağlı dekabrda keçirilməsi nəzərdə tutulan referendum və onun nəticələrinə Kremlin reaksiyasından bilinəcək. 
Previous Post

Ermənistanın sabiq baş naziri: “Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır…”

Next Post

XİN həmsədrlərin bəyanatına etiraz bildirdi

Bənzər yazılar

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Siyasi həqiqətləri gizlədən suallar

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51

Əlbəttə ki, heç bir fikir, yanaşma, yaxud düşüncə tərzi universal sayılmaz və istənilən fikri rahatlıqla mübahisələndirmək olar. Ələlxüsus ona görə...

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yamaykanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Next Post

XİN həmsədrlərin bəyanatına etiraz bildirdi

XİN həmsədrlərin bəyanatına etiraz bildirdi

Son xəbərlər

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

07 Avqust 2026 - 13:30
Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14
“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

07 Avqust 2026 - 13:00
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

07 Avqust 2026 - 12:53
Siyasi həqiqətləri gizlədən suallar

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51
13 stomatoloq məsuliyyətə cəlb edilib

13 stomatoloq məsuliyyətə cəlb edilib

07 Avqust 2026 - 12:46
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

07 Avqust 2026 - 12:27
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

07 Avqust 2026 - 12:18
FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

07 Avqust 2026 - 12:11
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

07 Avqust 2026 - 12:01
Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

07 Avqust 2026 - 11:46
“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

07 Avqust 2026 - 11:32
Bakıda obyektdə partlayış oldu

Bakının mərkəzində obyektdə yanğın başlayıb

07 Avqust 2026 - 11:25
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

07 Avqust 2026 - 11:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.