"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistanın planı baş tutmadı – İran prezidentinin Azərbaycana səfərinin məqsədi nədir?

07 İyul 2016 - 10:36
in XƏBƏR LENTİ
FacebookVatsap

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bunu da oxuyun

Azərbaycanda hərracda gəmi satıldı

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

ADMİU incəsənətin gələcəyini rəqəmsal dünyaya daşıyır: İncə və Sənət təqdim edildi

Prezidentin Mətbuat Xidmətinin xəbərinə görə, İran İslam Respublikasının Prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının Prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlət başçısı İran İslam Respublikası Prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir müddət öncə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər edəcəyi və bu səfərin iki ölkə arasında münasibətləri daha da yaxınlaşdıracağı ilə bağlı məlumatlar yayılmışdı. Belə bir məqamda İran prezidentinin Ermənistana yox, məhz Azərbaycana səfər etməsi müəyyən suallar doğurur.

Millət vəkili, politoloq Elman Nəsirov ATV.az-a İran prezidentinin səfərini şərh edərək, bildirib ki, 2016-cı ilin fevral ayının 23-də Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri olub və bu səfər yüksək səviyyədə keçib: “Səfər çərçivəsində fundamental məsələlərdə iki dövlətin ortaq mövqeyə malik olduğu həqiqəti üzə çıxıb. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Tehran ərazi bütövlüyü prinsipinə üstünlük verdiyini, münaqişənin məhz, bu prinsip çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, həm iqtisadi ticarət, həm siyasi dialoq, təhlükəsizlik, xüsusilə də Xəzərin hüquqi statusu ilə bağlı məsələlərdə də mövqelərin üst-üstə düşdüyü bildirilib. Xüsusilə Xəzərin hüquqi statusu ilə məsələsində tərəflərin ortaq məxrəcə gəlməsi üçün iş getdiyi, bu prosesin öz məntiqi nəticəsinin məntiqi sonluğuna gəlib çıxacağı ilə bağlı ümidlər ifadə olunub.

Həmin səfər çərçivəsində də prezident İlham Əliyev iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Son məlumatlara görə, bu səfərin avqust ayında reallaşacağı gözlənilir. Amma İran prezidentinin Azərbaycana səfər edəcəyi ilə bağlı məsələlər konteksində, digər bir məsələ də xüsusilə Ermənistan Kütləvi İnformasiya Vasitələrində daha çox hallanmağa başlamışdı. Bu da İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfər edəcəyi ilə bağlı məsələdir.

Əvvəla onu qeyd edim ki, Həsən Ruhani 2012-ci ildə prezidenti seçilib və 4 ildir ki, dövlət başçısıdır. Bu 4 il ərzində Ermənistan tərəfi çoxsaylı cəhdlər edib ki, İran prezidentinin Ermənistana səfəri reallaşsın. Və bütün cəhdlər nəticəsiz qalıb. Eyni zamanda, birgə İran-Ermənistan sammitinin keçirilməsi ilə bağlı müəyyən söz-söhbətlər gəzirdi. Lakin o da nəticəsiz qaldı. Və xüsusilə də bu iki dövlətin münasibətlərinin İranın üzərindən beynəlxalq sanksiyalar götürüldükdən sonra daha da inkişaf edəcəyi ilə bağlı müəyyən informasiyalar yayılmaqdaydı. Amma son nəticədə İran tərəfi çox xarizmatik, realist siyasət yerinə yetirərək onun fərqində oldu ki, Ermənistan bazarı olduqca kiçikdir, özü də cırtdan dövlətdir. Burada tərəflərdən biri regional güc mərkəzlərindən biri, digəri isə Cənubi Qafqazın müflüs olmuş, işğalçı dövlətidir. Və təbii ki, öz iqtisadi maraqlarından çıxış edərək İran tərəfi Ermənistanla nə dəmiryolu çəkilişi, nə qaz çəkilişi, nə də digər sahələrdə heç bir real layihələrin həyata keçirilməsinə baxmayıb. Bütün bunların anonsu edilsə də belə, amma real heç bir iş getmir. Bu bir həqiqətdir. Ona görə də hesab edirəm ki, İran prezidentinin Azərbaycana səfəri real məsələdir və avqustda reallaşması gözlənilir.

Ermənistana daha çox siyasi spekulyasiya məsələsinə çevrildi. Bunu xüsusi ilə erməni tərəfi hallandırdı. Niyyət ondan ibarət idi ki, Azərbaycanda qıcıq yaratsın və ölkəmizdə etirazla müşaiyət olunsun. Nəticədə əgər Ermənistana 4 il ərzində bir dəfə də olsun Həsən Ruhani səfər etməyibsə, elə etsinlər ki, Bakı-Tehran münasibətlərində bu informasiya konteksində bir soyuqluq yaransın. Nəticədə İran prezidentinin Bakıya səfəri reallaşmasın. Onların niyyətləri, məqsədləri bundan ibarət idi.

Amma yenə də qeyd edirəm, İranda bu gün xarizmatik qüvvələr hakimiyyətdədir. İran 2500 illik dövlətçilik tarixinə malik olan dövlətdir və bu nöqteyi-nəzərdən özünün xarici siyasətinin prioritetlərini də hesablayır, öz mənfəətini, qazancını, maraqlarını bilir. Həmin maraqlarda Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verilir. Bu nöqteyi-nəzərdən Ermənistan tərəfinin siyasi hoqqabazlığı və İran prezidentinin Azərbaycana deyil, Ermənistana səfər edəcəyi ilə bağlı yaydığı informasiyalar hesab edirəm ki, real vəziyyətə adekvat deyil. Yalnız Azərbaycanla İran arasında gərginlik toxumu səpmək mənafeyinə xidmət göstərir”.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya rəsmi səfər edəcəyi ilə bağlı da məlumatlar yayılıb. Məlumatda bildirilir ki, səfər 14-16 iyul tarixlərində gerçəkləşəcək və Ukrayna ilə Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Ukrayna prezidentinin Azərbaycana səfərini şərh edən Elman Nəsirovdeyir ki, Azərbaycan ilə Ukrayna sıx münasibətlərdə olan dövlətlərdir: “Azərbaycanın xarici siyasətində Ermənistandan başqa bütün dövlətlərlə çox normal münasibətlər var. Və Azərbaycan prezidenti İlham Əliyev müstəqil xarici siyasət kursu həyata keçirir. Bu kurs əgər bir dövlətlə münasibətin inkişafına gətirib çıxarırsa, heç bir halda üçüncü dövlətin əleyhinə yönəlmir. Bu gün Rusiya və Ukrayna arasındakı ziddiyyətlər mövcuddur. Buna baxmayaraq, Azərbaycan sülhpərvər dövlət kimi hər zaman öz siyasətində əməkdaşlıq etdiyi ölkələrin də bir-biri ilə yaxşı münasibətlərinin olmasında maraqlıdır.

Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, onun strateji tərəfdaşı olan Rusiya ilə yaxın münasibətlərdə olduğu Ukrayna arasında əlaqələr bərpa edilsin, inkişaf etsin, küsülülük unudulsun. İki slavyan xalqı mehriban yaşasın və əlaqələrini inkişaf etdirsin. Bu bizim maraqlarımıza uyğun məsələdir. Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyünü tanıyır, bu, birmənalıdır. Biz bunu beynəlxalq qurumlarda da ifadə etmişik. Bu heç bir halda üçüncü tərəfə, konkret desək Rusiya əleyhinə yönəlməyib. Sabah Rusiyanın hər hansı bir ərazisinə qarşı hansısa dövlətin ərazi iddiası olarsa, bu zaman yenə də Azərbaycan Rusiyanın ərazi bütövlüyünü tanıyacaq. Digər tərəfdən analoji addımı qəbul etməyəcək.

Ərazi bütövlüyü bizim üçün əsas prinsipdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Ukrayna prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin konteksində olduqca əhəmiyyətlidir. Və bu səfər reallaşacağı təqdirdə əlaqələrimizin müxtəlif sferalarda inkişafı üçün yeni imkanlar açıqlacaq. Bu da Azərbaycan dövlətinin xarici siyasətdə prioritetlərindən qaynaqlanan məsələlərdən biridir. Hesab edirəm ki, belə bir səfər nəticə etibarı ilə regionda sülhə və təhlükəsizliyə xidmət edən amil ola bilər.

Yenə də qeyd edirəm, belə bir səfər nəticə etibarı ilə Rusiya və Ukrayna arasında münasibətlərin bərpası baxımından, Azərbaycanın vasitəçilik missiyası nöqteyi-nəzərindən də aktual ola bilər. Artıq Azərbaycanın bu sahədə çox gözəl təcrübəsi var. Azərbaycan dövlətinin və onun prezidentinin məhz Türkiyə və Rusiya prezidentləri arasında münasibətlərin bərpasında unikal rol oynadığı hər kəsə bəllidir. Bu nöqteyi-nəzərdən istisna deyil ki, Azərbaycanın bu imkan və potensialından münaqişə tərəfləri istifadə etməkdə maraqlı olsunlar. Çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə çox yaxşı münasibətləri mövcuddur”.

Previous Post

Ermənistanın planı baş tutmadı – İran prezidentinin Azərbaycana səfərinin məqsədi nədir?

Next Post

500 000 kitab indi cəmi 0,15 AZN-ə

Bənzər yazılar

Azərbaycanda hərracda gəmi satıldı

Azərbaycanda hərracda gəmi satıldı

16 Sentyabr 2026 - 13:52

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri "Point Brower...

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

16 Sentyabr 2026 - 10:20

Elchi.az Maya İmranın “Qəpik-qəpik sevinclər” adlı yeni yazısını təqdim edir. Məktəbə bu il qədəm qoyan bütün balalara sonsuz sevgilərlə... Dizə...

ADMİU incəsənətin gələcəyini rəqəmsal dünyaya daşıyır: İncə və Sənət təqdim edildi

ADMİU incəsənətin gələcəyini rəqəmsal dünyaya daşıyır: İncə və Sənət təqdim edildi

16 Sentyabr 2026 - 09:20

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) süni intellekt texnologiyalarından istifadə etməklə universitetin kommunikasiya fəaliyyətində yeni mərhələyə qədəm qoyur....

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55

İran hakimiyyəti dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulmuş qadağanı aradan qaldırıb. Elchi.az xəbər verir ki, bu barədə İran İslam Respublikası...

Next Post

500 000 kitab indi cəmi 0,15 AZN-ə

500 000 kitab indi cəmi 0,15 AZN-ə

Son xəbərlər

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

16 Sentyabr 2026 - 14:07
Konqres Ukrayna məsələsi ilə bağlı Ağ Evi sərt tənqid etdi

Konqres Ukrayna məsələsi ilə bağlı Ağ Evi sərt tənqid etdi

16 Sentyabr 2026 - 14:00
Azərbaycanda hərracda gəmi satıldı

Azərbaycanda hərracda gəmi satıldı

16 Sentyabr 2026 - 13:52
Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

Azərbaycanda abort sayı ilə bağlı dəhşətli statistika

16 Sentyabr 2026 - 13:43
Taksi sürücüləri sabah imtahan verəcəklər

Taksi sürücüləri sabah imtahan verəcəklər

16 Sentyabr 2026 - 13:30
Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

16 Sentyabr 2026 - 13:18
Azərbaycanda erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?

Azərbaycanda erkən evlilik: Qanun sərtləşdi, bəs problem niyə hələ də qalır?

16 Sentyabr 2026 - 13:09
“Aİ Rusiyaya qarşı yeni sanksiya zərbəsi hazırlayır” – Leyen

“Aİ Rusiyaya qarşı yeni sanksiya zərbəsi hazırlayır” – Leyen

16 Sentyabr 2026 - 13:00
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16 Sentyabr 2026 - 12:51
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

16 Sentyabr 2026 - 12:45
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

16 Sentyabr 2026 - 12:36
Hacıqabulda 2 kiloqram narkotik vasitə aşkarlandı

Hacıqabulda 2 kiloqram narkotik vasitə aşkarlandı

16 Sentyabr 2026 - 12:25
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

16 Sentyabr 2026 - 12:13
“Liverpul” De Yonq üçün “Barselona”ya 40 milyon avro təklif etdi

“Liverpul” De Yonq üçün “Barselona”ya 40 milyon avro təklif etdi

16 Sentyabr 2026 - 12:01
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib

16 Sentyabr 2026 - 11:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.